Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vəli Əsgərovun əlində çox ciddi faktlar var”

Vəkil Vüqar Xasayev: “Ona deyirlər ki, niyə xəyanət etmisən, nə üçün Bakıya vəzifəyə getmək istəmisən?”


“Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda ev dustağı olan Vəli Əsgərovun əlində çox ciddi faktlar var”

. Bunu “Yeni Müsavat”a onun vəkili Vüqar Xasayev deyib. Vəkil həmin faktları Baş Prokurorluğa təqdim edəcəklərini bildirib: “Əlimizdə elə faktlar var ki, dövlətçilik naminə açıqlamırıq. Ortada yüksək rütbəli, vəzifəli şəxslər tərəfindən törədilən faktlar var. Vəli Əsgərovun adını qoyurlar ki, guya dövlətə, Vasif Talıbova xəyanət edib. 

Əslində isə ortada belə bir fakt yoxdur. Vəli Əsgərov ”yıxılan"dan sonra çox yüksək rütbəli məmurlar dövlətçiliyə xələl gətirən addımlar atırlar. Mən həmin adamların yerinə xəcalət çəkirəm. Hələlik adlarını çəkmirik. Baş prokurora bu gün şikayətimi çatdıracağam. Şikayətimdə həmin adamların da adlarını göstərəcəyəm. Cinayət işinin Naxçıvan Prokurorluğundan alınaraq Bakı prokurorluqlarından birində araşdırılmasını təkrarən tələb edəcəyəm".    
  
Vüqar Xasayev deyir ki, Vəli Əsgərov yüksək vəzifəli şəxslərin hüzuruna aparılır, orada döyülür, təhqir olunur: “Vəli Əsgərova deyirlər ki, nəyə görə xəyanət etmisən? Bakıya nə üçün vəzifəyə getmək istəmisən? Elə deyirlər ki, guya Bakı hansısa xarici dövlətdir. İşlədikləri inzibati binalarda, digər vəzifəli şəxslərin gözü qarşısında Vəli Əsgərova işgəncə verir, təhqir edirlər. Bu dözülməzdir, qeyri-insani, qəddar rəftardır”.



Vəkil deyib ki, müvəkkilinə qarşı həbs olunandan sonra yol verilən işgəncələr haqda hələlik tam olaraq Baş Prokurorluğa məlumat verilməyib: “Martın 7-də həbsə alandan sonra ona dəhşətli işgəncələr verilib. Sonuncu belə işgəncələr keçirdiyimiz mətbuat konfransdan sonrakı günlərə təsadüf edib. Bu işgəncələri biləvasitə yüksək vəzifəli şəxslər verib. Hələlik adları açıqlamırıq, amma gedişata uyğun qərar verəcəyik”.     

Qeyd edək ki, bundan əvvəl vəkil Eldar Mahmudovun vəzifədə olarkən Vəli Əsgərova Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu və ailə üzvlərini dinləməsi tapşırığını verdiyini, lakin sabiq nazirin tapşırığa əməl etmədiyini açıqlayıb. İddia edib ki, V.Əsgərov tapşırığın icrasından imtina edəndən sonra Eldar Mahmudov onun barəsində kompromat material yığmağa başlayıb. Guya Vəli Əsgərov Bakıya vəzifəyə gəlmək istəyir. Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Əsgərovun başına bu oyunlar gəlib.

Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Həbsindən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib. Eldar Mahmudov  milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Əsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bildiriblər ki, onun barəsində çirkin kampaniya bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.

V.Əsgərovun nazirliyi dövründə Naxçıvan MTN öndə gedən repressiv orqan kimi ad çıxarıb, orada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıqlara yol verilib, şantaj olunub, Naxçıvan sakinlərinin bir neçəsi qurumdakı dəhşətli işgəncələrin sonucu olaraq dünyalarını dəyişiblər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar