Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Valideyn himayəsindən məhrum yeniyetmə və gənclərə psixososial dəstək” layihəsi davam edir


“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə bu ilin avqust ayından etibarən “Valideyn himayəsindən məhrum yeniyetmə və gənclərə psixososial dəstək” layihəsi həyata keçirir

                          
Layihənin əsas məqsədi Bakı və Gəncə SOS Uşaq Kəndində yaşayan və tərbiyə alan 60-a yaxın yeniyetmə və gəncə əlavə psixososial dəstək xidməti göstərməklə onlara şəxsiyyətlərarası ünsiyyətin qurulması, özünəgüvən, qərarvermə və qərarlara görə məsuliyyət daşıma kimi bacarıqları aşılamaq, onların emosional davamlılığına nail olmaq və müəssisəni tərk etdikdən sonra müstəqil olaraq yaşayıb-yaratmağı bacaran bir şəxsiyyət kimi yetişməsinə töhfə verməkdir.

Layihədə yeniyetmə və gənclər müstəqil həyata hazırlıq, kommunikativ bacarıqlar, güclü iradə, özünə inam və düzgün özünüqiymətləndirmə və s. kimi mövzularda təlimlər, fərdi və qrup terapiyaları alacaq, zərərli vərdişlər, sağlam həyat tərzi haqqında maarifləndirmə tədbirlərində iştirak edəcəklər. 

Təlimlər BDU-nun psixologiya kafedrasının professoru, psixologiya elmləri doktoru Svetlana Məcidova və UNİCEF-in milli məsləhətçisi, "Express Group" konsaltinq şirkətinin psixologiya üzrə eksperti və təlimçisi, ailə psixoloqu Şirinli Şərafət Yavər qızı, həmçinin SOS Uşaq Kəndlərinin psixoloqları tərəfindən keçirilir. Layihə müddəti boyunca artıq iki şəhərdə 4 təlim təşkil edilmiş və bir sıra fərdi terapiyalar keçirilmişdir. Layihədən faydalanan yeniyetmə və gənclərin həmyaşıddan-həmyaşıda ötürmə metodu ilə əldə etdikləri bilik və bacarıqları təşkilatımızda qayğı görən digər həmyaşıdlarına, uşaqlara və bacı qardaşlarına ötürməsi də təşkil olunur. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə noyabr ayında yekunlaşacaq.

Azərbaycan SOS Uşaq Kəndləri Assosiasiyası İctimai Birliyi,
Suleyman Vezirov kucesi, 11 F, menzil 47
(+994 12) 489 02 96, 490 39 13
www.soschildren.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar