Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
APA-nın cənub bürosunun məlumatına görə, axşam saatlarında Abdullu kəndi ərazisində baş verən hadisə zamanı "VAZ 2107" markalı avtomobil həmin kənd sakini, 1991-ci il təvəllüdlü Əfsanə Əlimərdan qızı Quliyevanı vurub.
Müxtəlif xəsarətlər alan Ə.Quliyeva sürücü tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda xəstəxanada ona yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.
pia.az