Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Üzünə dedim ki, sənə nifrət edirəm”


“ATV maqazin onlarla” verilişinin aparıcısı Afaq Gəncəli musavat.com saytının suallarına cavab verib


O, bir müddət öncə Aygün Kazımovanın “İndi sənsiz” klipində yaratdığı obrazla kamera qarşısına keçməsindən danışıb:

- Çox maraqlı layihə ərsəyə gətirdik. Təbii ki, bunun davamı da olacaq. Azərbaycan incəsənətində iz qoyan müğənnilərin layihələrini, işlərini yaşadacağıq. Növbədə çox maraqlı fotosessiya nəzərdə tutulub. Aparıcı xanımlardan biri ağlınıza gəlməyən bir müğənnini canlandırıb. Hər iki şəxsin adı sirdir. Bu işə xüsusi önəm verirəm, çünki Azərbaycanı sevirəm, öz sənətçilərimizə dəyər verirəm. Dəyərlərimizə sahib çıxmalıyıq. Proqramlarda tez-tez mahnılarımızın, incəsənət nümunələrimizin oğurlandığını deyirik. Biz o mahnıları dəfələrlə oxusaq, işıqlandırsaq, heç kim onları oğurlaya bilməz. Çünki unudulmuş mahnılarımız daim oğurlanır. Biz buna imkan verməməliyik.

- Telekanallarda maqazin verilişlərinin sayı artıb. “ATV maqazin onlarla”nın tez-tez fərqli rubrika təqdim etməsinin səbəbi onlardan seçilməkdir?

- Hər kəsin öz dəsti-xətti, yolu var. Mən kimisə üstələmək üçün nə isə etmirəm. Acığa nə isə etmək mənim kitabımda yoxdur. Biz “İnanmayacaqsınız”, “Gəlmələr”, “50 sual” kimi rubrikalar təqdim etdik və maraqla qarşılandı. İndiyə kimi belə layihələr olmayıb. Kimlərsə bizdən sonra bu cür layihələr etməyə çalışıb, amma alınmayıb. Orijinal bizik. “Gəlmələr” rubrikasında Kobra Pərviz qonağımız oldu, çox maraqlı söhbət alındı. Niyam Salaminin qonaq olduğu rubrikaya 3-4 dəfə baxmışam. “Gəlmələr” çox maraqlı layihədir. Biz çəkilə başlamamışdan öncə onlara deyirik ki, kompleksdən çıxın, rahat olun. Çünki tamaşaçı bizi olduğumuz kimi sevirlər.

- Hər sənət adamı da keçmişindən danışmağı, tam səmimi olmağı sevmir. Layihədə iştirak etməkdən imtina edən olubmu?

- Qatılmaq istəməyən olmayıb. Biz Bakıya gəlib məşhurlaşan şəxslərə müraciət edirik. Onlar boyunlarına alırlar ki, Bakıya gəlməsəydilər, heç kim olardılar.

- Şou-biznesdə durğunluqdur. Maqazin verilişinin aparıcısı kimi bu hal sizi narahat etmir?

- İmkanım olsa, onları öldürərəm. Keçən dəfə Ramal İsrafilovu çəkəndə dedim ki, sənə nifrət edirəm. Donub qaldı və səbəbini soruşdu. Dedim sən və Samir Cavadzadə kimi istedadlı insanlar şou-biznesimizi bu günə qoyur. Siz tənbəlsiniz. Başa düşürəm ki, nələrsə onlarda ruh düşkünlüyü yaradır. amma belə davam etmək olmaz. Mən məcburam verilişi efirə verim, çünki məni tamaşaçı gözləyir. Proqram hazırlamasam, efir boş qalar. Tamaşaçı məni gözlədiyi kimi müğənnini də gözləyir. Onları gözlətmək olmaz. Müğənnilər çalışmalıdır. Istedadlı insanların tənbəllik etməsi incəsənətimizi aşağı çəkir. Hər kəs öz vəzifəsini yerinə yetirməlidir.

- Rol aldığınız “Kişi sözü” serialı bitdi. Deyirlər ki, reytinqə görə serial yarımçıq saxlanılıb.

- Reytinq yaxşı idi. Nurlana ilə Cavidi evləndirdilər, başqa nə edə bilərdik? Serial haqda Elməddin Cəfərov danışsa, daha yaxşı olar.

- Deyə bilərik ki, serialın bitməsi ilə Afaqın yükü azaldı?

- Mən çalışqan qarışqayam, gün ərzində 150 yerə də göndərsələr, gedəcəyəm. Yorğun olduğumu axşam evdə uzananda hiss edirəm. İşlədikcə enerji yığıram.

- Şəxsi həyatınızda yenilik varmı?

- Ağ atlı şahzadə hələ yoxdur. Olanda deyəcəyəm. Hələ ki, subayam.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar