Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Uzun yollar” sənədli filmi təqdim edildi


Bu gün Orta Asiya və Qafqaz Mərkəzi (Böyük Britaniya) və Humanitar Tədqiqatlar İctimai Birliyinin (Azərbaycan) birgə təşkilatçılığı ilə Azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş “Uzun yollar” sənədli filminin London Universitetinin Asiya və Afrika Tədqiqatlar Məktəbində təqdimatı keçirilib


Film Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1992-1993-cü illərdə öz evlərindən qovulmuş Azərbaycanlıların taleyini və keçdikləri yolu nümayiş etdirir. 

Orta Asiya və Qafqaz Mərkəzinin direktoru Laurence Broers filmin təqdimatı zamanı qeyd etdi ki, Azərbaycanda məcburi köçkünlərin sayının çox olmasına baxmayaraq, ölkə onların problemlərinin həll olunmasının öhdəsindən gələ bilir. Buna görə də, münaqişə qurbanlarının taleyi barəsində beynəlxalq ictimaiyyətin məlumat almasına ciddi diqqət yetirilməlidir.

Filmin ssenari müəllifi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri  Əvəz Həsənov təqdimat mərasimində iştirak edənlərə məlumat verdi ki, DQ-dan olan məcburi köçkünlər öz evlərinə qayıtmağa ümid etsələr də münaqşənin hansı yolla həlli və onların qayıdışının şərtləri insanları daha narahat edir. Xüsusən ərazilərin bərpası, minalardan təmizlənməsi, qayıtdıqdan sonra təhlükəsizliyinə verilə biləcək təminat onları daha çox düşündürür. 1992-ci il Fevral ayının 26-da Dağlıq Qarabağın Azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı qırğını və həlak olan insanların kütləviliyi onların psixologiyasında ciddi iz buraxmışdır. Bu kimi travmalar və münaqişə tərəflərində dərinləşən düşmən obrazları məcburi köçkünlərin geri dönüşünü çətinləşdirir. Lakin, əsas məsələ odur ki, insanlar çətin həyat yolu keçib gəlmələrinə baxmayaraq öz doğma torpaqlarına qayıtmağa inanırlar. 

Ə.Həsənov qeyd etdi ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır. Film artıq Londonda fəaliyyət göstərən bir neçə düşüncə mərkəzlərinə təqdim olunmuşdur və fevralın 25-dək müxtəlif mərkəzlərdə müzakirələrə qatılacaqdır. 

Filmin təqdimatına Londonda fəaliyyət göstərən müxtəlif düşüncə mərkəzlərinin, universitetlərin və diğər beynəlxalq təşkilatların təmsilçiləri qatılmışdılar. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar