Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ukraynada Maydan variantından başqa heç nə yoxdur” – Gürcü ekspert


“Saakaşvilinin sabah harada və kim olacağını heç kəs bilmir”


Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynada yeni müxalifət hərəkatına təkan verən Mixail Saakaşvilinin fəaliyyətini və onun ətrafında cərəyan edən prosesləri dəyərləndirən Gürcüstanlı politoloq Gela Vasadze deyib.

– Saakaşvilinin ekstradisiyası Gürcüstan hakimiyyətinə lazımdırmı?

– Bir neçə səbəbə əsaslanaraq deyə bilərik ki, Gürcüstan hakimiyyəti indiki şəraitdə Saakaşvilinin ekstradisiyasında maraqlı deyil.

Əvvəla, bu addım münasibətləri normallaşmağa doğru gedən Ukrayna və Gürcüstan hakimiyyətləri arasında narazılıq yarada bilər.

İkincisi, bu, ABŞAvropanın siyasi isteblişmentinin kəskin narazılığına səbəb olacağı qədər də, ABŞAvropa İttifaqı ölkələrinin hakimiyyətinə problem yaradacaq. Həmin “uşaqlar” isə kənardan onlara hətta kiçik problem yaradılmasını da sevmirlər.

Nəhayət, bu, Ukrayna hakimiyyətinin “Saakaşvili layihəsi”nə qarşı müqavimət baxımından, ideal variant deyil. Bu halda müxalifətin qazandıqları itirdiklərindən çox olacaq.

– Ukraynada yaranmış vəziyyətlə tanışsız. Saakaşvilinin Kiyevdə təşkil etdiyi son marşı necə qiymətləndirirsiz?

– Ukrayna hakimiyyətinin reaksiyasına baxsaq, Saakaşvilinin prezident Poroşenkoya qarşı təşkil etdiyi marş gözlənildiyindən də uğurlu alındı.

– Saakaşvili Ukraynanın nüfuzlu siyasətçilərindən olan Yuliya Timoşenko, Oleq Tyaqnibok və digərlərinə xalqın maraqları naminə birləşməyi təklif edib. Saakaşvilinin bu çağırışı nəticə verə və o, Ukrayna müxalifətinin liderinə çevrilə bilərmi?

– Ukrayna siyasətçiləri yalnız Maydanda birləşirlər – o da sona qədər yox. Fikrimcə, Ukraynada Maydan variantından başqa heç nə yoxdur.

– Əksər ekspertlər hesab edirlər ki, Qərb Saakaşvilinin arxasındadır və o, yaxın vaxtlarda Ukrayna hökumətinin rəhbərliyinə gətiriləcək…

– Saakaşvilinin dəstəkçiləri arasında Qərb isteblişmentinin təmsilçilərinin olduğu heç kəsə sirr deyil. Saakaşvilinin sabah harada və kim olacağını isə heç kəs bilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar