Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Üçlüyün bizim regiona çox ciddi təsiri olacaq”


“Mövcud vəziyyət Vaşinqton mərkəzli qüvvələrin Türkiyədə qarışıqlıq salmasına qədər davam edəcək”


Rusiya, İran və Türkiyə liderləri Suriya məsələsində razılığa gəliblər

Razılığa əsasən Suriya Milli Dialoq Konqresi yaradılıb. Yaxın Şərq məsələsindən əlavə bu üçlük digər mövzularda da koalisiya şəklində hərəkət edirlər. Hər üç dövlətin Azərbaycanla qonşu olması, Azərbaycanı düşündürəyə bilməz.

Rusiya, İran və Türkiyə üçlüyü və bunun Cənubi Qafqaz regionuna təsiri barədə politloq Adıgözəl Məmmədov Ölkə.Az-a danışıb:

"Rusiya, İran və Türkiyə üçlüyünün bizim regiona da çox ciddi təsiri olacaq. Suriya məsələsində kordinal dəyişikliyin yaranmasına səbəb bu koalisiya oldu. Dünənə qədər dünya üçün İŞİD əl çatmayan, məğlubedilməz bir qüvvə kimi təqdim edilirdi. Ancaq aydın oldu ki, İŞİD kartondan düzəldilmiş bir fiqur imiş, onu yandırıb kül etmək olarmış. İŞİD-in yaranmasına, böyüməsi, inkişaf etməsinə hansısa qüvvələr şərait yaradırdı, necə ki, hazırda bu qüvvələr İŞİD-i meydanda saxlamağa çalışır. İŞİD Rusiyaya, İrana, Türkiyəyə lazım deyil. Bu dövlətlər birləşəndən sonra İŞİD bir sabun köpüyü kimi yox oldu. Aydın olur ki, bu koalisiya regionda çox güclüdür. Rusiya regionda çox gücləndi və bundan sonra Orta Şərqdən Rusiyanın çıxmağını gözləmək ağılsızlıq olardı.

İran Rusiya tandemi uzun zamandır ki, var idi. İranın varlığını şərtləndirən separat müqavilələr mövcutdur. 1921-ci il müqaviləsindən başqa 1942-ci ildə gizlin Tehran müqaviləsi var. 1942-ci il müqaviləsində tərəflər İran, Rusiya (SSRİ) və İngiltərədir. İranın mövcudluğuna iki ölkə qarantdır. İran Rusiya tandeminə Türkiyənin yaxınlaşması istər-istəməz Rusiyanın regionda gücünü birə beş artırdı. Ona görə də, biz bundan sonra baş verəcək məsələlərə ən azı hazırlıqlı olmalıyıq".

Rusiya, İran və Türkiyə üçlüyünün Cənubi Qafqaz regionuna nələr vəd etdiyinə gəldikdə isə politoloq bildirdi ki, üç dövlətin üçü də Azərbaycanda, eləcə də regionda stabilliyin olmasına maraqlıdır:

"Cənubi Qafqaz regionunda stabilliyin olmasının həm Türkiyə, həm Rusiya, həm də İran marağındadır. Biz bu dövlətlərlə qonşuyuq və bu dövlətlər Cənubi Qafqaz dövlətlərinə arxa baxçası kimi baxır. Cənubi Qafqaz bu üç dövlət üçün satirit regiondur. Bu vəziyyət NATO təsirli, Vaşinqton mərkəzli qüvvələrin Türkiyədə qarışıqlıq salmasına qədər davam edəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar