Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Üçdə bir”

Orxan Fikrətoğlu düşdüyü davadan yazır


PİA.AZ Orxan Fikrətoğlunun “Üçdə bir” yazısını təqdim edir.

Dünən Babək prospektində üç biləkdən zirək gədə bir ahıl kişini araya salıb döyürdülər. İyirmi faiz torpağı tapdaq altında qalmış bir millət üçün çox həyasız epizoddur. Adama deyərlər belə qolu zorlusan get dədənin qəbrini ermənilərdən geri al. Qoca kişini niyə döyürsən?

Əslində bu günün əxlaqsız əxlaqını, bəsit mədəni kanonlarını, sosial şəbəkələrin formalaşdırdığı total “dahilik sindromunu” nəzərə alıb bu etik dilemmanı ictimai müzakirəyə çıxarmaqdan mən də qorxuram. Ondan qorxuram ki, bu günün boş başlı düşüncə səhabələri məni də o təpiklənən qoca kimi dövrəyə alıb öz aləmlərində “səhv çıxarsınlar”.

Ötəri olaraq maşınımın şüşəsindən gördüyüm bu mənzərə bilirsiniz məni niyə belə sarsıtdı?

Ona görə sarsıtdı ki, bu mənzərənin iştirakçıları öz əməllərində aşırı səmimi idilər. Qocanı təpik altına salıb döyən o üç “gəda” özlərini günahkar bilmirdilər. Qocanın da döyülməyində bir müti həyasızlıq vardı. O, da elə bil döyülməli olduğu üçün döyülürdü.

Maşını əyləyib ölüm-dirim savaşı aparan “gədələrdən” birinin qolundan tutdum. Sağlam kənd uşağı olan gədə kefliydi. Bəlkə də nəşəliydi. Gülə-gülə üzümə baxırdı. Gədələrdən ikincisi əlini cibinə salıb bıçaq çıxartdı. Bıçağı görən qoca ilə üçüncü gədə qarşımızdakı otelin qapılarından içəri dürtüldülər. Təpiklə vurub gədənin əlindəki bıçağı yerə saldım. Gözləri ünvansız nifrətlə yanan, səbəbsiz yerə qan tökməyə qadir olan bu adam birdən-birə mənə hansısa bir heyvanı xatırlatdı.

Və qəfildən ona yazığım gəldi. Axı bu kütlədən biri olan adsız və ünvansız gədəni yaradanlardan biri də ziyalı olaraq mən özüm idim. Bu gədə hara baxıb adam olmalıydı? Kimə oxşamaq istəməliydi? Savadı da yox idi ki, özü nəsə anlasın.

Cahil, avam, dəbnən yaşayan sıfır idi. Amalı ancaq pul qazanmaq olan milyonlarla “heç nələrdən” biriydi. Baxıb oxşamalı olan örnək bir idealı da yox idi. Bakıya gələndən hamının pul qazandığını görmüşdü. Kim onu bir dəfə qarşısında oturdub demişdi ki, ay gədə, adam qocaya əl qaldırmaz? Adam oğurluq eləməz. Dövlətin malını, xalqın sabahını satmaq olmaz.

Əyilib yerdən bıçağı qaldırdım. Qatlayıb cibimə qoydum. Gədə bir zad anlamasa da otelin içinə doğru getdi. Mən də maşının arxa şüşəsindən dolmuş ürkək gözləri ilə qorxa-qorxa mənə baxan qızımın yanına tələsdim. 

Əvvəla ağlı test təndirində qalanmış bu axmaq üçlüyə nəsihət vermək ağılsızlıqdır deyə mən onlara xitab eləməyəcəm. Bu “müqəddəs üçlük” göydən gəlməyib ki. Onları biz yaratmışıq. Naşı alimlərin yazdığı dərsliklərlə, reytinq xətrinə təlxəklik edən televiziyalarla, elmdən savayı nədən desən başı çıxan işbaz üləmalarla, ancaq öz cibinə işləyən, dövləti də xalqı da öz marağı naminə bir qəpiyə satan məmurlarla.

Mən o döyülən qocaya da bir söz deməyəcəm. Hər saqqalı ağ olan ağsaqqal deyil. Yaxşı at özünə qamçı çaldırmaz. Əslində uzun illərdir baş verən haqsızlıqlara kor və kar olan bu neytral qocalar qədər bizə ziyan vuran ikinci bir təbəqə olmayıb. Başımıza nə gəlibsə onların səriştəsizliklərindən və ya çirkli pul qazandıqları üçün yaşadıqları susqun biganəliklərindən gəlib.

Mən bu kritik epizodu yaradan əxlaqsız abu-havadan danışmaq istəyirəm.

O gədələri qocanı döymək olmaz deyə hansı ayin və ya örnək saxlaya bilərdi?

Din? Din institutu bu gün Azərbaycanda alver əxlaqında tanınır. Yas mərasimləri, dini ayinlərin icrası, molla pulu, yasin pulu, yer pulu və digər Allahla insan arasına girmiş şirk molla kultu Azərbaycanda avtoritet deyil.

Mədəniyyət? Bu gün Azərbaycanda mədəniyyət anlayışı geniş spektorludur. Lazım olan adamların yaratdığı geniş təbliğ olunan lazım olmayan mədəniyyət nümunələri. Lazım olmayan adamların yaratdığı lazım olan, bununla belə ancaq xiridarlara məlum mədəniyyət. Təlxək mədəniyyəti. Məhəlli toy və ya yas mədəniyyəti. Bütün bu sadaladığım mədəni nümunələr kütləvi deyillər deyə o üç gədə də Azərbaycan mədəniyyətindən xəbərsizdir. Bu gün mədəniyyət bir taxça olaraq xalqdan çox uzaqdır. Kim bu gün Qara Qarayevi evində dinləyir? Və ya Səttarın əsərlərinə tamaşa edir? Hamının başı pula qarışıb. Ərəblər qapıdadır. Əllərində də nəğd pul. Mədəniyyət nədir? O üç gədə üçün mədəniyyət dədəsinin söyüşü və “get pul qazan özünə bir gün ağla” buyruğudur.

Bəlkə Təhsil? Biz çox istedadlı xalqıq. Biz o qədər istedadlı xalqıq ki, on bir il təhsil sistemində bizə təklif olunan bəsit dərslikləri oxuya-oxuya gedib Harvarda filana belə qəbul oluna bilirik. O üç gədə inanmıram ki, ümumiyyətlə, məktəbə gedib.

Yazımı da dəbə uyğun olaraq yarımçıq bitirirəm. O üç gedə mənim nə yazmağımdan asılı olmayaraq onsuz da güclənəcək. Nöqtə də onlardadır. Nə yaxşı ki bıçağı əllərindən alıb cibimə qoydum...(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar