Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin siyasi-diplomatik meydanda da imkanları genişlənir”


“Afrin hərəkatının tamamilə başa çatdığını düşünmürəm. Bu, həm rayonun, həm də şəhərin adıdır”


“Türkiyə ordusu Afrin rayonunun mərkəzi də daxil olmaqla əksər hissəsinə nəzarəti təmin edib. Amma bölgəyə tam nəzarət hələ mümkün olmayıb. Xüsusilə, Minnak hava bazası və Tel-Rifat qəsəbəsini nəzərdə tuturam. Bunlar çox mühümdür. İdlibdə türk ordusunun müşahidə məntəqələri var, ancaq məntəqələrin ətrafındakı ərazilər nəzarətdə deyil".

Bu sözləri Teleqraf.com-a Türkiyə Silahlı Qüvvələrinin Afrin hərəkatını şərh edən analitik Sülhəddin Əkbər deyib.

O, qeyd edib ki, Minnak hava limanı, Tel-Rifat və İdlibdəki müşahidə məntəqələrinin ətraf əraziləri də nəzarətə götürülməlidir:

“Əksə halda, həmin coğrafiya təhdid və qeyri-sabitlik mənbəyi olaraq qalacaq. Eyni zamanda, İdlib-Afrin və İdlib-Əlbab-Menbic təhlükəsizlik əlaqəsinin qurulması da mühümdür. Mən yaxın günlərdə Türkiyə ordusunun bu əraziləri də nəzarət altına alacağını gözləyirəm.

Fikrimcə, Afrin hərəkatı başa çatdıqdan sonra da əməliyyatlar davam edəcək. Çünki Menbic, Fərat çayının şərq hissəsində olan bölgənin təhlükəsizliyinin təmini, Sincərin təmizlənməsi kimi önəmli gündəm məsələlər var. Üstəlik, Şimali İraqın, xüsusilə Qəndilin terrorçulardan təmizlənməsi də gündəmdədir.

Bu mənada hesab edirəm ki, proses uzun müddətlidir. Sonrakı mərhələdə Türkiyə müəyyən məsələlərdə ABŞ, Rusiyaİraq mərkəzi hökuməti ilə birgə hərəkət etməli olacaq”.

Sülhəddin Əkbər düşünür ki, bundan sonra maraqlı qüvvələr prosesdən dərs götürəcək: “O cümlədən ABŞ, Rusiyaİran, eləcə də terror təşkilatının özü də bundan nəticə çıxaracaq. ABŞ-ın Menbic məsələsində sərt müqavimət göstərəcəyini düşünmürəm. Böyük ehtimalla Menbic məsələsi siyasi-diplomatik yolla həll ediləcək.

ABŞ-ın sabiq dövlət katibi Reks Tillersonun Ankara səfəri zamanı bu problemin həlli formulu razılaşdırılmışdı.

Həmin formula görə, terror təşkilatı Menbici tərk etməli, ora nəzarəti ABŞ və Türkiyə birgə həyata keçirməli idi. Yəni ABŞ Menbici Türkiyənin tam nəzarətinə buraxmaq istəmir. ABŞ məhz bu məsələdə dirəniş göstərə bilər.

Nəticə isə daha çox Türkiyənin sərt mövqe göstərib-göstərməyəcəyindən asılı olacaq. ABŞ-ın Menbicə görə Türkiyə ilə silahlı qarşıdurmaya gedəcəyini düşünmürəm. O cümlədən Ankara da bu riskə getməz. Odur ki, böyük ehtimalla məsələ diplomatik-siyasi yolla həll ediləcək”.

Analitik hesab edir ki, Türkiyənin apardığı əməliyyatla paralel olaraq Ankaraya siyasi-diplomatik təzyiqlər də artır:

“Bu anlaşılandır. Türkiyə meydanda güclənir. Döyüş meydanında qələbə qazanan Türkiyənin siyasi-diplomatik danışıqlarda da imkanları genişlənir. Uğurlu Afrin əməliyyatından sonra Ankaranın əli masada da güclənəcək. Bu, həm Astana-Soçi, həm də Cenevrə prosesinə aiddir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar