Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz”


“Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur”


 Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, əvvəla, Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlaması məsələsi Türkiyə rəhbərliyində öz təsdiqini tapmayıb:

"Hətta Türkiyə belə bir addım atarsa, bu, heç bir halda Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanla Türkiyənin sərhədlərinin açılması anlamına gələ bilməz. Bu qeyri-mümkündür. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə, eyni zamanda, Milli Məclisdə çıxışı zamanı bəyan edib ki, nə qədər ki işğala son qoyulmayıb, nə qədər ki Ermənistan öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb, heç bir halda Türkiyə-Ermənistan sərhədləri açıla bilməz. Digər tərəfdən, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ona görə də Türkiyənin Ermənistanla sərhədlərinin açılmasından söhbət gedə bilməz".

Deputat bildirib ki, erməni tərəfi bu səpkili informasıyalar yaysa da, heç bir real əsası yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar