Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”


“Türkiyə və Amerika müttəfiqdir. Sözsüz ki, iki müttəfiq ölkə arasında münasibətlərin əməkdaşlıq və birgə siyasət formasında davam etməsi arzuediləndir”


Bunu DİP sədri, deputat Asim Mollazadə ABŞ-Türkiyə münasibətlərinin mövcud durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton ilə Ankara arasında müşahidə edilən fikir ayrılıqlarının kökündə ABŞ-ın Suriyadakı kürd qruplarını silahlandırması durur:

“Kürd qruplaşmaların bir neçəsi demək olar ki, PKK-nın Suriya uzantısıdır. Əsas fikir ayrılığı ilə paralel olaraq Ankara öz sərhədləri yaxınlığında terror qruplarının fəaliyyətinin qarşısını almağa start verib. Bu terror qrupları ABŞ tərəfindən silahlandırılıb və sonda bu silahların bəziləri Türkiyə ərazisində də istifadə edilib. Odur ki, hazırda türk ordusunun Suriya ərazisində keçirdiyi tədbirlər antiterror əməliyyatı kimi qiymətləndirilməlidir. ABŞ da Türkiyənin öz təhlükəsizliyini müdafiə etməsini normal qarşılamalı, müttəfiqinə hər cür dəstək verməlidir. Müttəfiqlər arasında başqa cür münasibət ola bilməz. Türkiyəyə qarşı təhlükələr var və bu təhlükəni aşmaqda NATO müttəfiqləri birmənalı Ankaranı dəstəkləməlidir ”.

Asim Mollazadənin fikrincə, ABŞ kürd qruplarını Suriya müharibəsində istifadə etdiyinə görə, Türkiyəyə birmənalı dəstək verməkdə çətinlik çəkir: “Ancaq Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün istənilən addımı atmağa hazırdır və qadirdir. Əminəm ki, güclü dövlət olaraq Türkiyə özünü müdafiə edəcək”.

Politoloq hesab edir ki, ABŞ öz müttəfiqi olan Türkiyənin yanında olmalıdır: “Başqa yol yoxdur. Bunun üçün ABŞ hansısa taktiki uğura görə bölgədə ən güclü müttəfiqini itirməməlidr. Hesab edirəm ki, Tillersonun Ankara səfəri bu baxımdan əhəmiyyətlidir. Bu səfər zamanı zəruri fikir mübadiləsi aparılıb, verilən qərarlar da müttəfiqlik münasibətlərinin bərpasına xidmət edəcək”.

Müsahibimiz qeyd edib ki, əslində ABŞ Müdafiə Nazirliynin Türkiyə ilə münasibətləri hər zaman müsabət olub. Onun sözlərinə görə, son illər istisna olmaqla Türkiyə ABŞ-la bütün müharibələrdə birgə olub. Eyni zamanda Türkiyəyə qarşı müvafiq erməni qrupları Konqresdə, Ağ-Evdə, Dövlət Departamentində öz siyasətini aparmağa çalışır: 

"Amma Türkiyə bölgədə ABŞ-ın ən mühüm və ən strateji müttəfiqidir. Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələrdi. Bu baxımdan ABŞ-ın Türkiyənin maraqlarına cavab verən siyasət qurması daha gözləniləndir”. (teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar