Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyədən sərmayə çıxır, yenisi gəlmir, nəticədə məzənnə yüksəlir”

PİA.AZ “Habertürk” qəzeti və televiziyasının iqtisadi məsələlər üzrə şərhçisi Abdurrahman Yıldırımın APA-nın Türkiyə müxbirinə müsahibəsini təqdim edir


- Valyutanın məzənnəsinin hər gün aşağı düşdüyü, birja indekslərinin dəyər itirdiyi  bir atmosferdə söhbət edirik. Türk puluna nə olur?

- Dollar/lirə pariteti barədə danışmazdan əvvəl dünyadakı vəziyyətə baxmalıyıq. Hazırda dünya bazarlarında risk faktoru var, bu vəziyyət bazarlardakı neqativ vəziyyətlə üst-üstə düşdü, yəni bazarlardakı gəlirin satışı ilə eyni vaxta düşdü. Ona görə, dünyada kifayət qədər güclü sayıla biləcək bir çalxantının içindəyik. Bu vəziyyət iqtisadiyyatı güclü olmayan ölkələrdən sərmayə çıxmasına səbəb olur.

"Hansı ölkənin iqtisadi vəziyyəti daha həssasdırsa, o ölkədən daha çox sərmayə çıxır. Öz cari kəsiri ilə Türkiyə zəif həlqələrdən birini təşkil edir"
 
Hansı ölkənin iqtisadi vəziyyəti daha həssasdırsa, o ölkədən daha çox sərmayə çıxır. Öz cari kəsiri ilə Türkiyə zəif həlqələrdən birini təşkil edir, buraya geosiyasi faktorlar və siyasi təzyiqlər əlavə ediləndə Türkiyədən daha çox sərmayə çıxdığını görürük ki, bu da türk lirəsinin dünyada ən çox dəyər itirən milli valyutalardan biri olmasını şərtləndirir. Faizlər də artır, birja bu duruma nisbətən müqavimət göstərərək özünü qorudu. Bir neçə gün əvvəl açıqlanan super təşviqlərin də müsbət təsiri oldu, böyümə həcmi yüksəkdir, şirkətlər gəlir əldə edir, onlar banklardan 2-3- dəfə artıq gəlir əldə ediblər.

- İstehsal şirkətlərinin gəlirindən bəhs edirsiniz?

- Bəli, onlardan bəhs edirəm. Dolların məzənnəsinin yüksəlməsi Türkiyənin cari kəsirinin yüksək olmasından, valyutaya böyük ehtiyac duyulmasından və hətta faizləri artırmaq yerinə, aşağı salmaq ehtimalından irəli gəlir.

- Valyuta kəsirinin yüksəkliyini vurğulayırsınız. Bu ehtiyac haradan meydana çıxır, “isti pul” gəlmir, yoxsa?

- Türkiyənin 1 il içində ödəməsi lazım olan xarici borcun miqdarı artdı. 165-170 milyard dollar təcili ödənməsi lazım olan borc bir anda 185 milyard dollara çıxdı.

- Bu, özəl sektorun təcili ödəməsi lazım olan borcdur, yoxsa dövlətin?

- İkisinin də. Həm qısamüddətli borclardır, həm də uzunmüddətli borcların bu dönəmə düşən qisimləri var. Cari kəsir 30 milyard dollar idi, sonra 47 milyard dollara çıxdı, son gələn rəqəmlərə görə 51 milyard dollar olub. Ona görə də, Türkiyənin bu il ərzində ödəməsi lazım olan 210 milyard dollar borc qısa müddətdə 235 milyard dollara çatdı.

"Hər ay Türkiyəyə 20 milyard dollar pul lazımdır. Bunun 15 milyardı borcları ödəmək ,5 milyardı isə iqtisadiyyatdakı işləri yoluna qoymaq üçün gərəklidir"
 
Deməli, hər ay Türkiyəyə 20 milyard dollar pul lazımdır. Bunun 15 milyard dolları borcları ödəmək ,5 milyard dolları isə iqtisadiyyatdakı işləri yoluna qoymaq üçün gərəklidir. Bunu biz borc alaraq ödəməyə çalışsaq belə, enerji idxalatından yaranan cari kəsirimiz də çoxdur. Ona görə, təkcə ölkədən sərmayə çıxışı yox, yeni pul gəlməməsi də məzənnənin yüksəlməsinə səbəb olur. İllah da pul çıxması lazım deyil, hər ay ehtiyac olan pulun gəlməməsi də məzənnəni yüksəldir. Fevral ayında pul çıxdı, mart ayında isə pul çıxışı azaldığı kimi, yenidən pul gəlməyə başladı. Üç aylıq dönəmə baxılanda dəqiq 1,5 milyard dollar pul çıxdığını deyə bilərik. Halbuki yanvar ayında təxminən 5 milyard dollar pul gəlmişdi. İşlərin neqativ getməsinin səbəbləri bunlardır.

- Çıxışın əsas səbəbi nə idi?

- Əsas səbəbi-dünyadakı proseslər, buna paralel olaraq bizim zəif həlqə olmağımız, cari kəsirimiz və yeni sərmayə gəlməməsidir.

- Bir vaxtlar kənardan sərmayə rahatlıqla gəlirdi. İndi gəlməməsinin əsas səbəbi nədir?

- Bir az əvvəl dediyim kimi, qlobal bazarların son iki ildə daxil olduqları trend. Heç bir bazarda daima yüksələn qrafik ola bilməz, bəzən işlər neqativ də gedə bilər. 2016-cı ilin yanvar ayında 2-3 aylıq neqativ dövr yaşanmışdı, mərkəzi bankların  maliyyə dəstəklərinin  davam edəcəyinin açıqlanması ilə bazarlarda vəziyyət düzəlmişdi. Bu trend gözləniləndən uzun müddət davam edərək bu ilin yanvarında sona çatdı.

- Onda mərkəzi bankların yeni bir həmlə etməsi lazımdırmı?

- Bu işlərin keçmişdəki kimi olmayacağı görünür. ABŞ iqtisadiyyatı yaxşı vəziyyətdədir, özünü toparladı, FED faizləri artırmağa başladı. İndi mərkəzi bankların pul dəstəyinin genişlənməsinin geri alınmasının vaxtıdır.

"ABŞ və Çin bir-birinə qarşı embarqo tətbiq edərək gömrük vergisi qoyarsa, Çin bu işi davam etdirə bilməz. Çünki çox mal satır, az mal alır, aldığı mallara istədiyi qədər gömrük vergisi qoysa da, ABŞ-a çata bilməz və nəticədə məğlub olar"
 
Eyni proses Avropa İttifaqında, Britaniyada da başlayıb, yəqin ki, növbə Yaponiyaya gələcək. Mərkəzi bankların maliyyə dəstəyi ilə faizlər 5 min ilin ən aşağı səviyyəsinə düşmüşdü. İndi hər şey normallaşmağa doğru gedir, buna ancaq dünya miqyasındakı böhran mane ola bilər. Hazırda dünya iqtisadi böhranı proqnozlaşdırılmağına görə, faizlərin yüksəlməsi trendi davam edəcək. Normallaşma prosesinə ABŞ-ın başlatdığı ticarət savaşları da əlavə ediləndə işlər qarışır. Xüsusilə, Çin ilə başlayan ticarət savaşında bazarları narahat edə biləcək bir nöqtə var - ABŞ-ın bu həmləsinə qarşı Çin də eyni şəkildə cavab verəcəyini açıqladı. Bu durumda qlobal ticarətdə daralma yaşana bilər. Çinin cavab verə biləcəyi başqa bir sahə öz pulunun dəyərini aşağı salaraq rəqabət gücünü artırmaq ehtimalıdır. Bu, daha da hürküdücü prosesdir. Çinin əlindəki başqa bir “kart” isə ABŞ xəzinəsinin 1,2 trilyon dollarlıq bondudur, onları satar və ya yeni bondlar almaz. Çin onları satışa çıxarsa, FED faizləri artırar. Çinin qısamüddətli satışları qlobal faizlərin sıçramasına səbəb olar və qlobal bazarlarda yaradılan bütün tarazlıqlar pozular. Bu, daha qorxuducu faktordur. Qlobal ticarət çərçivəsində istifadə edilə biləcək 3 başlıca faktor var. Hal-hazırda Çin vəziyyəti yumşaltmaq üçün addımlar atmağa çalışır. Çünki 375 milyard dollarlıq bir kəsirdən söhbət gedir, Çin daha çox mal satmağa məcburdur. ABŞ və Çin bir-birinə qarşı embarqo tətbiq edərək gömrük vergisi qoyarsa, Çin bu işi davam etdirə bilməz. Çünki çox mal satır, az mal alır, aldığı mallara istədiyi qədər gömrük vergisi qoysa da, ABŞ-a  çata bilməz və nəticədə məğlub olar. Geosiyasi baxımdan Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar və yaradılan cəbhə də qlobal ticarət baxımdan meydana çıxan risklərdən biridir. Suriya da bu proseslərə daxil edilincə, Türkiyənin iqtisadiyyatı neqativ təsirə məruz qalır. Qlobal bazarlarda iki ay əvvəl başlayan çalxantı Türkiyə iqtisadiyyatına da mənfi təsirini göstərir. İşlərin normal vəziyyətə qayıda bilməsi üçün üfüqdə sabitliyi görməyimiz lazımdır. Həm iqtisadi, həm də geosiyasi baxımdan buna nail olmalıyıq.

- Mənzərəyə baxanda demokratik sistemi güclü olan ölkələrin qlobal böhranlardan az təsirləndiklərini görürük. Bu baxımdan Türkiyənin hansı təcili addımları atmasına ehtiyac var?

- Qlobal trendlərə baxanda demokratiyadan kənar meyllərin daha güclü olduğunu görürük, liberal demokratiyanı daha avtoritar rejimlər əvəz edir. Bundan sonra sülh daha uzaqda, savaş isə daha yaxında ola bilər.

"Geosiyasi risklər nəinki gündəmdən düşəcək, əksinə, gündəmdə daha çox yer tutacaq"
 
Ona görə də, geosiyasi risklər nəinki gündəmdən düşəcək, əksinə, gündəmdə daha çox yer tutacaq. Qloballaşmadan geriyə addım atılır və qloballaşmanın gətirdiyi qiymət ucuzluğu, mal bolluğu, malların və sərmayənin sərbəst hərəkəti və s. əngəllənir. Qlobal miqyasda güclənən meyllər bizi daha çətin bir dünyaya aparır. Bu durum Türkiyəyə də neqativ təsir göstərəcək. Türkiyənin kənardan alacağı birbaşa sərmayə azalarsa, özünü qorumaq məcburiyyətindədir. Çünki bizim bundan artıq kəsirimizin olması mümkün deyil. Məcburən idxalatımızı azaltmalı, içəridə nə qədər istehsal varsa, o qədər istehlak olmalı, qiymətlər də ona görə müəyyənləşməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar