Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyədə Putin-Medvedev formatı təkrarlanacaq“


"Bu ilin 10 avqustunda Türkiyədə keçirilən prezident seçkilərində Putin-Medvedev tandemi təkrarlanacaq. Özü-özlüyündə bu demokratiya ilə ziddiyyət təşkil etməsə də, mənəvi cəhətdən qüsurludur. Ola bilsin ki, hətta bəziləri bunu demokratiyaya qarşı yönəlik addım da hesab edə bilər".


PİA.AZ bildirir ki, bunu Aktual.az-a açıqlamasında politoloq, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev deyib. 

R. Nurullayev bildirib ki, əslində Ərdoğan-Gül tandemi Türkiyənin demokratik quruluşuna qarşı əvvəlcədən planlaşdırılmış bir hərəkətdir: 

"Təbii ki, 10 avqust cümhurbaşkanı seçimləri də rahat keçməyəcək. Ən azından bu il 30 martda keçirilmiş bələdiyyə seçkiləri qədər gərgin və dedi-qodulu keçəcək. İstisna etmək olmaz ki, Gülən camaatı revanş götürməyə çalışacaq. Bunu da Ərdoğan gözəl bildiyindən, avqust ayına kimi nurçuları yıpratmaq və gücdən salmaq üçün gecə-gündüz işləyəcək. Bu da ondan xəbər verir ki, Türkiyənin siyasi gündəmi gərgin və dinamik olaraq qalmaqda davam edəcək".

Politoloq qeyd edib ki, bu seçkilərin gərgin geçəcəyinə dəlalət edən digər bir amil isə ilk dəfə olaraq cümhurbaşkanı seçkilərinin ümumxalq səsverməsi ilə keçirilməsidir:

"Türkiyənin iki ən böyük müxalifət partiyası olan CHP və MHP da Ərdoğanın prezident seçilməsinə qəti olaraq qarşıdır və bunu Türkiyə cümhurbaşkanlığına həqarət sayır. Hər iki partiya 30 mart seçkilərində aldığı dərsdən nəticə çıxarmaqdadır və gözlənilir ki, onlar AKP-yə qarşı mübarizə texnologiyalarını dəyişəcəklər".

R. Nurullayevə görə, beynəlxalq aləm də Ərdoğanın prezident seçilməsində maraqlı deyil, əksinə buna qarşıdır:

"Türkiyə baş nazirinin Twitter və YouTube sosial şəbəkələrini bağlaması Qərbi narazı salıb. Vəzifə dəyişmə tandemi də dünyada analoqsuz pis presedentlər yaradır.
Belə demək olar ki, müsəlman dünyasında ad ilə göstərilən, dünyəviliyi nümunə gətirilən və demokratik inkişaf yolunu seçən Türkiyənin AKP iqtidarı Türkiyə demokratiyasına pis nümunələr gətirdi. Bu pis nümunələrdən iki ən dəhşətlisi internetə hücum və Putin-Medvedev tandemini təkrarlamaq cəhdidir. Bu pis nümunə inkişaf etməkdə olan ölkələrə gələcəkdə Ərdoğanın yaratdığı presedentdən istifadə etməyə əsas verib".

Bütün bunlara baxmayaraq, Ərdoğanın Türkiyədə nüfuzunun yüksək olduğunu xatırladan politoloq, baş nazirin həm də gözəl nümunələr yaratdığını vurgulayıb:

"Türkiyə inkişaf etmiş ölkəyə çevrilib, qlobal aləmdə nüfuzu artıb və möhkəm iqtisadi fundamentlər yaradıb.

Buna görə də, tandem seçkilərə qatılacaqsa, demək ki, onu udmaq yollarını da planlayıb. Türkiyədə prezident olmaq iddiasında olanlar arasında Ərdoğan qədər nüfuz sahibi yoxdur. Demək ki, tandem baş tutacaq".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar