Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə yerlə-yeksan ediləcəkdi”


“Fəthullahçı Terror Təşkilatı”nının (FETÖ) hərbi çevrilişə cəhdini araşdıran Ankara Respublika Baş prokurorluğu qiyamçı pilot Murad Bolatdan aldığı ifadədə şok detallar yer alıb


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, pilot prezident Rəcəb Tayyib Ərdoğanı ələ keçirə bilməyəcəyi halda hava qüvvələrinin ölkəni yerlə-yeksan etməyi planlaşdırdığını deyib.
 
“1-16 iyul tarixləri üçün icazəli idim. Alay komandirinin köməkçisi H. G. israrla geri dönməyimi istədi. 13 iyulda işə getdim. “Məsələ nədir? Qiyammı edirsiniz?” dedim, “Elədir” dedilər”, - o, vurğulayıb.
 
Onun sözlərinə görə, hərbi çevriliş cəhdindən bir gün əvvəl bir araya gəliblər. Murad Bolat prezidentin İstanbulda ələ keçirilməsinin planlaşdırıldığını, amma Ərdoğan Marmarisə getdiyi üçün planın pozulduğunu deyib.
 
“Plana görə İstanbulda prezidenti SAT komandoları tutmalı idi və bunun üçün qrupun tərkibi də müəyyən edilmişdi. Prezident Marmarisə getdiyi üçün plan dəyişsə də, bu qrup dəyişməmişdi. Səksən-doxsan nəfərlik bir qrupla prezidenti oteldə ələ keçirərək Çiğliyə gətirəcəklərini söylədilər. MİT rəhbəri Hakan Fidan MİT mənzillərindəki villasından götürülməli idi. “Bu qiyamın başında kim və ya kimlər var?” deyə soruşdum, “Baş qərargah başçısı bu işin başındadır” cavabı verdilər. Mənə prezident ələ keçirə bilməyəcəkləri halda hava qüvvələrinin ölkəni yerlə-yeksan edəcəklərini söylədilər”, - pilot ifadəsində bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar