Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə və Aİ möhkəm işgüzar münasibətləri bərpa etməlidirlər“


NATO üzvü olan ölkənin xarici işlər naziri NATO üzvü olan digər müttəfiq ölkənin hökümətindən bu ölkəyə girmək üçün icazə almalı olduğu faktını Ankara üçün anlamaq mürəkkəbdir"


PİA.AZ xəbər verir ki, bunu Trend-ə ABŞ dövlət katibinin avropa və avrasiya məsələləri üzrə sabiq köməkçisi Metyu Brayza deyib.

Onun sözlərinə görə, Türkiyənin yüksək vəzifəli məmurlar hesab edirlər ki, bu, Avropada antitürk və antiislam əhval-ruhiyyəsinin daha bir nümunəsidir.

M. Brayza bildirib: "Həqiqətən, bu hadisə xüsusilə həssas məqamda baş verir, Niderlandda qarşıdan gələn seçkiləri nəzərə alaraq, orada ekstremist lider Gert Vilders, islamofobiyanın gücləndirmək və daha çox səs toplamaq üçün bu hadisəni istifadə edir".

Onun sözlərinə görə, bu, Türkiyədə qarşıdan gələn konstitusiya referendumuna görə də həssas məqamdır. "Niderlandda və Almaniyada bir çox adamlar çətinliklə başa düşürlər ki, nəyə görə Türkiyə və ya hər hansı digər ölkənin liderləri Almaniya və Niderland vətəndaşları ilə eyni hüquqa malik olmalıdırlar və bu ölkələrdə siyasi mitinqlər keçirməlidirlər", - Brayza deyib.

Onun sözlərinə görə, Türkiyə və Aİ rəhbərləri bu vəziyyəti həll etməli və möhkəm işgüzar münasibətləri bərpa etməlidirlər.

"Hər halda, bu disput, çox güman ki, prezident Ərdoğana aprelin 16-da keçiriləcək referendumda daha çox səs verəcək, çünki indi, həm Türkiyədə, həm də Avropada yaşayan bir çox türklər Türkiyə və İslama qarşı ayrı-seçkiliyin qurbanı olduqlarını düşünəcəklər. Bu da güclü milli lider arzusuna gətirib çıxaracaq", - Brayza deyib.

Dünən Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın Rotterdam şəhərində bu ölkənin türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verməyib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar