Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə ilə Rusiyanın ticarət problemi Azərbaycan üçün də zərərlidir”


Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç yeni açıqlama ilə çıxış edib


"Ölkə.Az" xəbər verir ki, açıqlamaya əsasən Türkiyə Rusiyadan alınan buğdaya tətbiq edilən vergini ləğv etməsə, Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların hamısı qüvvədə qalacaq.

Rusiyalı rəsmi deyib: "Buğdaya tətbiq edilən məhdudiyyətlər ləğv edilməyənə qədər heç bir addım atmayacağıq. Buğda qadağası ləğv edilmədən bizim heç bir sanksiyanı ləğv etmə ehtimalımız yoxdur. Əgər buğda vergisi ləğv edilsə, bir neçə məsələ barədə anlaşa bilərik".

Rus mətbuatının iddiasına görə Rusiyanın Türkiyədən alınan pomidora qarşı məhdudiyyət tətbi etməsi türk rəsmilərinin buğdaya vergi tətbiq etməsi ilə nəticələnib. 

Azərbaycanlı siyasətçilərin fikrincə mövcud problem hər ik idövlətin iqtisadi mənafeyinə ciddi zərər vurur. Politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a açıqlamasında bildirib ki, Rusiya ilə Türkiyə arasında mövcud iqtisadi problemlər danışıq və qarşılıqlı güzəştlər fonunda həll edilməlidir. Onun sözlərinə görə, siyasətdən yaranan problemləri iqtisadi məsələlərə qarışdırmaq olmaz.

“Bu məsələdə mütləq birinci hansısa tərəf geri çəkilməlidir. Həmin münasibətə uyğun olaraq qarşı tərəf də irəl iaddım ataraq yaranmış boşluğu doldurmalıdır. Siyasəti iqtisadi məsələlərə qarışdırmaq olmaz. Bu iqtisadi amildir və mövcub problemdən hər iki ölkənin iqtisadiyyatı zərər görür. Ərdoğan da, Putin də əvvəlki xətdən geri getməyə hazırdılar. Bu o deməkdir ki, hər iki dövlət ortaq məxrəcə gələcək. Hansının ağlı çoxdur, o da geri çəkiləcək”, - deyə politoloq bildirib. 

Problemin yaranmasına gəlincə, Zərdüşt Əlizadə deyir ki, Türkiyədə buğda ixrac edən qüvvələrin məsələyə təsiri çox güclüdür:

“Türkiyədə buğda ixrac edən lobbi xahiş edib ki, onların mənafelərini qorumaq üçün ölkəyə daxil olan ucuz buğdaya əlavə rüsum qoysunlar. Bu da Rusiyaya əl vermir. Rusiya artıq dünyanın ən böyük buğda ixracatçısına çevrilib. Keçən il 20 milyard rubl qazanmışdı buğda ixracından. Ona görə də, onlar bazarı qorumaq üçün Türkiyə ilə danışıqlara getmək istəyirlər. Rusiya üçün Türkiyə bazarı da böyük gəlir mənbəyidir. Hər ikisi Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Qarşılıqlı şəkildə ərzaq məhsullarına əlavə rüsum tətbiq etməkdən çəkinməlidirlər”.

Z.Əlizadənin fikrincə, problemin müsbət həll olunması Azərbaycan üçün də xeyirlidir:

“Münaqişə müsbət həll olunarsa, bu Azərbaycanın da xeyrinə olar. Çünki hər iki dövlətlə Azərbaycanın sıx ticarət əlaqəsi var. Onların arasında problemlərin olması Azərbaycana da əl vermir”. 

Qeyd edək ki, pomidor da daxil olmaqla Türkiyədən 13 məhsulun Rusiyaya girişinə icazə verilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar