Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə ilə Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir”


“Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, gömrük və digər sahələrdə əlaqələr ən yüksək səviyyədədir”


"Report"un məlumatına görə, bunu bu gün Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi Azərbaycanın iş adamları ilə Bakıda keçirdiyi görüşdə deyib.

Bu gün Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan gömrük idarələri rəhbərlərinin görüşü ilə bağlı danışan B.Tüfenkçi bu toplantının uğurlu olacağına ümid etdiyini deyib: "Görüşdə nəqliyyat dəhlizləri və onların vasitəsilə yüklərin daşınmasının asanlaşdırılması məsələlərini müzakirə edəcəyik".

Azərbaycanla ikitərəfli ticarət dövriyyəsinə toxunan B.Tüfenkçi bildirib ki, 2016-ci ildə bu göstərici 1,5 mlrd. dollar təşkil edib və bu rəqəmlər əvvəlki illərə nisbətən aşağı düşüb: "İş adamlarımızın potensialını nəzərə alsaq, bu rəqəmlərin çox aşağı olduğuni görərik".

Türkiyəli nazir həmçinin Müasir İpək Yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyindən, Azərbaycanın Türkiyə ilə gömrük keçid məntəqəsində aparılan modernləşdirmə işlərindən danışıb.

Sonda B.Tüfənkçi qeyd edib ki, Türkiyə Azərbaycanın inkişafını dəstəkləyir və ölkənin Qafqazın parlayan ulduzu olması yolunda daim yanında olacaq.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar