Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə 1991-ci ildə İraqı işğal edəcəkdi, ancaq...“


Bütün dünyanın diqqəti Suriya və İraqda olduğu bir vaxtda Türkiyə mətbuatı 1980-ci ildə qiyam yolu ilə hakimiyyətə gələn mərhum prezident Kənan Evrənin bu məsələlərlə bağlı maraqlı açıqlamasını gündəmə gətirib


Evrən 1998-ci ildə iştirak etdiyi televiziya proqramlarının birində prezident Turqut Özalın hələ 1991-ci ildə Mosul və Kərkükü almağı planlaşdırdığını demişdi.
 
"O zaman prezident deyildim. Ziyarətimə gələn Turqut Özalın yanında başqa şəxslər də var idi. O, "Biz İraqa girsək, necə olar? Mosul və Kərkükü ala bilərik", - dedi. Mən də ona, "Qətiyyən bunu etmə. Ərəb dünyası bizə qarşı gələr. Doğrudur, ərəblər bizimlə dostdur, amma bizə qarşı çıxarlar. Digər tərəfdən də o şəhərləri bizə verməzlər, söylədim", - deyə Evrən bildirib.
 
Mərhum prezident 18 il əvvəlki açıqlamasında tarixi "Sevr" müqaviləsinin heç bir zaman gündəmdən düşmədiyini də əlavə etmişdi:
 
"Sevr" razılaşmasını mənim prezidentlik dönəmimdə də canladırmaq istədilər. Bunu demişdim. Həm kürd dövlətinin qurulmasını, həm də 3 vilayətimizin verilməsi məsələsini müəyyən zamanlarda dilə gətirmişdilər. İndi də eyni məsələlər müzakirə edilir. Lakin bunu heç bir vaxt həyata keçirə bilməzlər".
 
Qeyd edək ki, ötən il vəfat edən Kənan Evrən 1980-ci ildə hərbi qiyam yolu ilə hakimiyyətə gəlmiş və 9 il ölkəni idarə etmişdi.
 
Turqut Özal isə 1989-1993-cü illərdə Türkiyə prezidenti olub. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar