Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Turkish Airlines” Bakı Şopinq Festivalı ilə əməkdaşlığa başlayıb


Bakı Şopinq Festivalı ilə əməkdaşlıq edən şirkətlərin sayı artır


Artıq Türk Hava Yolları şirkəti – “Turkish Airlines” da Bakı Şopinq Festivalı üçün xüsusi kampaniyaya start verib. “Turkish Airlines”in Bakı reysinin sərnişinləri Bakı Şopinq Festivalı çərçivəsində mayın 10-dək ödənişsiz olaraq, 10 kq əlavə yük daşıyacaq.
 
Bakı Şopinq Festivalı müddətində Tax Free deklarasiyasına sahib olan sərnişinlər “Turkish Airlines” reyslərinə minik qeydiyyatı zamanı, daşınma xərci ödəmədən 10 kq artıq baqaj verə bilərlər.
 
Dünyanın ən böyük və məşhur aviaşirkətlərindən olan “Turkish Airlines” Bakıdan dünyanın yüzlərlə şəhərinə uçuşlar həyata keçirir. Bakı Şopinq Festivalına aviaşirkətin təyyarələrində gəlmiş turistlər üçün bu qaçılmaz fürsətdir.
 
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştəriləri sərfəli təkliflərlə sevindirəcəklər.
 
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilir. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar