Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trampa görə amerikalıların qanı axır”


ABŞ-dakı partlayışın pərdəarxası


Ekspertlər bildirir ki, Nyu-Yorkdakı terrorun Qüdslə bağlılığı yoxdur, amma...

Dekabrın 11-də Banqladeş vətəndaşı Akayed Ullah Nyu-Yorkda partlayış törədib, nəticədə 4 nəfər yaralanıb. Hadisəni törədən 27 yaşlı banqladeşli qanuni əsaslarla ABŞ-da yaşayır. O, ifadəsində ABŞ-ın Suriyaİraqdakı fəaliyyətini pisləyib, cinayəti qisas məqsədilə həyata keçirdiyini bildirib.  Lakin hadisədə İŞİD-in də əlinin olduğu bildirilir və partlayış terror adlandırılır.

Hadisədən sonra jurnalistlərə açıqlama verən  Nyu-York meri Bill de Blasio bildirib ki, bu, uğursuz terror cəhdidir: “Onların bizi narahat etməsinə icazə verməyəcəyik. Bu, onların yeganə məqsədidir”.

 Məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp da fikir bildirib. Prezident yenə də miqrant məsələsini qabardıb. Tramp miqrantları qınasa da, əksər ekspertlər bu hadisədə onun Qüdslə bağlı verdiyi qərarın da önəmli rol oynadığını bildirirlər.


Teleqraf.com saytına politoloq Zərdüşt Əlizadə bu hadisədən 3 gün öncə verdiyi müsahibəsində  maraqlı fikir bildirib. O söyləyib ki, Tramp Qüds qərarı ilə müsəlman dünyasını, beynəlxalq hüquqi sistemi və dünyada ədalətin düşməni olduğunu ortaya qoydu: “ABŞ dünyada özünə elə yer edib ki, heç kəslə hesablaşmır. Nə BMT-ni, nə beynəlxalq hüququ, nə qanunları sayır, nə də insaf, Allah, Budda, xristianlıqla hesablaşır. Özlərini elə vəziyyətə gətiriblər ki, əllərində güc, pul, qüvvə, dünyaya nəzarət və s. var. Bu hadisəyə baxıb bir söz deyə bilərəm: bundan sonra terrorçular tərəfindən öldürülən hər bir amerikalının qanı Trampın üzərinə düşəcək. Çünki bu qərar beynəlxalq miqyasda terrorizm üçün əlavə stimul yaradacaq”.

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev bildirib ki, bu hadisəni qətiyyən Qüdslə bağlı bəyanata bağlamaq olmaz: “ABŞ prezidentləri bundan əvvəl də belə bir qərar qəbul etmişdilər. Sadəcə olaraq, onun ratifikasıyasını dəfələrlə 6 aylıq müddətlərlə uzatmışdılar ki, qarışıqlıq yaranmasın. Partlayış törədiləndən sonra bunu üzərinə götürənlər ”Taliban", İŞİD və digər terror qruplaşmaları olur. Qüds məsələsində isə əsas fiqurlar şiə yönümlü təşkilatlardır. Buna görə də onların bir-biriləri ilə əlaqəsinin olması istisnadır. Hər yerdə baş verən partlayışları müsəlmanların boynuna yıxmaqla Qüdslə əlaqələndirmək olmaz. Düşünürəm ki, qarşıdan gələn Milad bayramı ilə bağlı hər yerdə təhlükəsizliyin gücləndirilməsinə baxmayaraq, bu kimi hadisələr təkrarlana bilər. Ona görə də hadisənin Qüdslə əlaqəli olmasını hər tərəfli istisna edirəm".


Politoloq Elxan Şahinoğlu da qəzetimizə açıqlamasında durumu dəyərləndirərək bildirib ki, bu gün Avropanın müxtəlif ölkələrində ard-arda terror hadisələri baş verir: “Amerikada 11 sentyabr hadisəsi baş verən zaman ABŞ-ın xüsusi fəallığı da yox idi. ABŞ məhz bu hadisələrdən sonra Əfqanıstan və İraqa öz ordusunu yeritdi. Terror elə bir anlayışdır ki, onu hər hansı bir hadisə ilə də əlaqələndirmək doğru deyil. Düzdür, İslam dünyasında Trampın qərarına qarşı müqavimət var, etiraz səsləri ucalır və terror da fəallaşa bilər. Nyu-Yorkdakı son hadisəni götürsək, burada ölümlər olmadı. Ancaq bu o demək deyil ki, terrorların ardı gəlməyəcək. 11 sentyabr hadisəsindən sonra Amerika nəzarəti gücləndirib. Ona görə də terrorçulara okeanın o biri tayında olan ABŞ-dansa, Avropada terror törətmək daha rahatdır. Amerikada böyük terror qruplaşması yaratmaq da çətindir. Tək-tük insanlar özləri əldəqayırma partlayıcılar hazırlayaraq, metroda və digər yerlərdə partlayışlar törətməyə çalışa bilərlər. Ancaq bunu da Trampın qərarına bağlamıram. Çünki Tramp özü müşavirləri ilə belə bir qərara gələndə bilirdi ki, bu, ciddi rezonans doğuracaq. Türkiyədə böyük bir toplantı planlaşdırılır. Ancaq buna baxmayaraq, söyləyim ki, İslam aləminin özündə də yekdillik yoxdur. Məzhəb savaşları gedir, maraq qarşıdurması var. Bəli, bütün İslam ölkələri Trampın qətnaməsini pislədilər. Ancaq bu o demək deyil ki, pisləməklə yanaşı hamısı həmrəylik nümayiş etdirib, fəaliyyətə başlayacaqlar. Bunu gözləmirəm. 

İstanbulda da ola bilər ki, ümumi fikirlər səslənsin. Ancaq bir müddət sonra Trampın qətnaməsi unudulacaq. Çünki bu, Amerikanı bağlayan bir qətnamədir. Doğrudur, super dövlətdir və qərarı da hər yerdə müzakirə olunur. Terrorçulara gəldikdə isə bu günlərdə Rusiya prezidenti də Suriyada olan zaman açıq mesaj verdi ki, artıq Suriyada terror bitib. Ancaq bu o demək deyil ki, terrorçular bütün dünyaya səpələnməyiblər. Yaxud da onların Amerikada, Avropada ardıcılları yoxdur. Hadisələr yenə də olacaq, terrorlar baş verəcək. Ancaq bu, sırf olaraq bir hadisə ilə bağlı olmayacaq. Bir ay sonra Trampın qətnaməsi arxa plana keçəcək, terror isə davam edəcək. Miqyası böyük də, kiçik də ola bilər. Yəni Tramp bu qərara gəlməsəydi də, terrorlar, qətliamlar baş verəcəkdi”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar