Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trampa əməlli -başlı qulaq burması veriblər” - Ekspert

Qabil Hüseynli: “Amerika dərin dövləti Trampı ciddi nəzarət altında saxlayır və o, bu nəzarətdən çıxsa vəzifəsindən impiçment yolu ilə uzaqlaşdırıla bilər”


ABŞ çox yaxşı bilir ki, Azərbaycan Rusiyanın şantajlarından özünü güclə qoruyur”

Bu sözləri PİA.AZ-a ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli qeyd edib.

Hazırda ABŞ mətbuatında Tramp az qala Rusiya agenti olaraq tanıdılır. CCN-nin son yaydığı sənədlərdə isə göstərilir ki, Trama qarşı Rusiyada ciddi sayılacaq kompramatlar var. Belə ehtimal etmək olar ki, bu yolla ABŞ-ın bəzi dairələri seçilmiş prezident Donald Trampın Putinlə əməkdaşlıq planlarını bloklayırlar. Xatırladaq ki, ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Layihənin 5 demokrat və 5 respublikaçı senatorun imzası ilə təqdim olunması Konqresdə bu sənədin qəbuluna şübhə yeri qoymur. Layihənin üçdə iki səs çoxluğu ilə qəbul olunması isə qanunun avtomatik qüvvəyə minməsi demək olacaq. Yəni Tramp istəsə belə qanun layihəsinə veto qoya bilməyəcək. Rusiyaya qarşı yeni sanksiya layihəsində həmçinin Rusiya ilə əməkdaşlıq edən istənilən dövlət və şirkət ABŞ-ın boykotuna məruz qalacaq. Bir çox sahədə Rusiya ilə əməkdaşlığı olan  Azərbaycan bundan nəsibini ala bilərmı? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  politoloq Qabil Hüseynli müraciət edib.



Qabil Hüseynli: “ABŞ-ın Azərbaycandan bu məsələdə əməkdaşlıq gözlədiyinə inamıram”.


Politoloqun fikrincə, bu sanksiyaların Azərbaycana tətbiq edilməsi real deyil: 

“Əvvəla Azərbaycan Rusiya ilə elə strateji əhəmiyyətli, xüsusəndə texnologiya və maşınqayırma sahəsində, həmçinin ağır sənaye istehsalı sahəsində ticarət əlaqələri yoxdur. İkincisi və ən əsası ABŞ Azərbaycandan Rusiyaya qarşı tətbiq olunacaq sanskiyalara qoşulmağı gözləməz. Çünki ABŞ çox yaxşı bilir ki, Azərbaycan Rusiyanın şantajlarından özünü güclə qoruyur. Mən belə bir şeyin olacağını zənn etmirəm. Həm də Azərbaycanın Rusiya ilə ticarət əlaqələri elə də böyük deyil. 

Vaxtilə İrana qarşı sanksiyalar tətbiq edilərkən Azərbaycan buna qoşulmadı və ABŞ da bunun üstünü vurmadı. ABŞ yaxşı başa düşür ki, Avropanın və onun mütəffiqlərinin əsas enerji təminatçılarından biri olan Azərbaycan Rusiyanın müxtəlif təhdidlərindən, şantajlarından özünü güclə qoruyur. Buna görə də Azərbaycan sanksiyalara qoşulsa, Rusiya tərəfindən böyük təhdidlərə məruz qala bilər. Bu nöqteyi-nəzərdən güman etmirəm ki, Amerikanın bəyan etdiyi sanksiyalara Azərbaycan adekvat cavab verəcək və bu sanksiyalarda fəal iştirak edəcək.Amerikanında bunu Azərbaycandan  tələb edəcəyini gözləmirəm.

Qabil Hüseynli: “Tramp Rusiya ilə bağlı əvvəlki  mövqeyindən 180 dərəcə dönüş edib”.


Sözsüz artıq Tramp əvvəl bəyan etdiyi fikirlərdən dönməyə başlayıb. Ona əməlli -başlı qulaq burması veriblər. Və o hətta Rusiyanın Amerikadakı seçkilərə qarışması məsələsi  barədə fikir də söyləyib və etiraf edib ki, kiberhücum məhz Rusiyadan olunub. Amma deyib ki, bu seçkilərin nəticəsinə təsir etməyib. Tramp onu da vurğuıayıb ki, daha əvvllər ABŞ-a qarşı Çin və başqa ölkələrdə kiberhücumlar təşkil edib. Yəni Tramp açıq şəkildə hazırda müdafiə möveyindədir və vəziyyəti heç də ürəkaçan deyil. Ona görə də Tramp Rusiya ilə bağlı əvvəlki  mövqeyindən 180 dərəcə dönüş edib. Bütün bunlar bunu göstərir ki, Amerika dərin dövləti Trampı ciddi nəzarət altında saxlayır və o bu nəzarətdən çıxsa vəzifəsindən impiçment yolu ilə uzaqlaşdırıla bilər”. 

Sübü Əzizova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar