Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp hal-hazırda öz dövlətinin marağından daha çox İsrailin mövqeyin müdafiə edir” - Politoloq


Mübariz Əhmədoğlu “BMT Təhlükəsizlik Şurası Fələstinlə bağlı hələ ki, təzə nəysə ortaya qoymaq gücündə deyil”


ABŞ-ın müttəfiqi olan avropalıların da böyük əksəriyyəti Fələstinə dövlət statusunun verilməsini tələb edir”.

Xəbər verdiyimiz kimi Fələstinin dövlət başçısı Mahmud Abbas BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Fələstinin BMT-ə üzv dövlət kimi tanınmasını təklif edib. Abbas çıxışında Fələstin xalqının 70 ildir  öz torpaqlarında əzab çəkməyə davam etdiyini, BMT-nin Fələstin probleminin həllində uğursuzluğa düçar olduğunu və İsrailin özünü beynəlxalq hüquqdan üstün tutan bir dövlət olduğunu qeyd edib, İsrail-Fələstin probleminin yeganə həllinin çoxtərəfli beynəlxalq  mexanizmin yaradılması olduğunu vurğulayıb.

Toplantıda Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Nikki Heyli və ABŞ prezidenti Donald Trumpın kürəkəni və Orta Şərq məsələləri üzrə xüsusi müşaviri Jared Kuşner də iştirak ediblər. Heyli çıxış edərək BMT-ni İsrail məsələsində tərəf tutmaqla günahlandırıb. ABŞ rəhbərliyinin Fələstin xalqına qarşı olmadığını qeyd edən Heyli  sözlərinə belə davam edib: “Fələstin xalqının çəkdiyi əzabların fərqindəyik. ABŞ bu gün, burada Fələstin rəhbərliyinə sülh əlini uzadır. ABŞ-ın səfirliyini Qüdsə köçürmə qərarından məyus oldunuz. Bu  qərarı bəyənməyə, və ya qəbul etməyə məcbur deyilsiniz, amma bunu bilməlisiniz ki, bu qərar dəyişməyəcək. ABŞ-ın sülh danışıqlarındakı rolunu inkar etməyi, BMT kimi beynəlxalq platformalarda İsraili cəzalandırmağa yönəldilmişmiş tədbirlərin  axtarışını seçə bilərsiniz, ancaq bunlar sizi heç yerə aparmayacaq. Qəzəbinizi bir kənara qoyaraq, bizimlə birgə hərəkət edərək fələstinlilərin həyatlarını yaxşılaşdırmaq məsələsində  bir razılaşma yolunu seçə bilərsiniz. Müzakirəçilərimiz danışıqlar aparmağa hazırdırlar, seçim sizindir, cənab Abbas”.

BMT Təhlükəsizlik Şurasında İsail-Fələstin münasibətlərinin müzakirəsini və Fələstin lideri Mahmud Abbasın təkliflərininin necə nəticələnəcəyi ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.



Mübariz Əhmədoğlu: “BMT Təhlükəsizlik Şurasının digər üzvləri də ABŞ-ın mövqeyini bildikləri üçün başa düşürlər ki, hədsiz çox aktivlik göstərməyin mənası yoxdur”.


PİA.AZ Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun bu mövzu ilə bağlı qısa müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Mübariz müəllim, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq və İsrail dövlətinin tanınmasına baxmayaraq hələ də Fələstin dövlətinin tanınmaması səbəbləri nədir və niyə BMT belə öz qərarını uyğulamır?

- BMT Təhlükəsizlik Şurası kansensus mexanizmi ilə işləyir. Yəni orada qərarların qəbul olunması üçün beş daimi üzvünün hər birinin razılığı lazımdır. Əgər hər hansı bir dövlət istənilən qərarın əleyhin səs verərsə, o qərər qəbul edilməyəcək. Bu BMT Təhlükəsizlik Şurasının iş prinsipidir. Fələstin dövləti ilə bağlı BMT qətnamələrində vəziyyət belədir ki, orada iki dövlət prinsipi əsasında Fələstin-İsrail münasibəti həllini tapmalıdır. Amma iki dövlət prinsipi Fələstin tərəfdən bir ayrı cür görünür, İsrail tərəfdən isə fərqli görünür. Fələstinin mövqeyini əksər beynəlxalq təşkilatlar dəstəkləyir. 

Hətta ABŞ-ın müttəfiqi olan avropalıların da böyük əksəriyyəti Fələstinə dövlət statusunun verilməsini tələb edir. Məsələn Avropalıların güclü olduğu təşkilatlardan YUNESKO-da iki il bundan əvvəl böyük səs-küy yarandı. Səs-küyün yaranmasının səbəb isə Avropa dövlətlərinin böyük səs çoxluğu ilə Fələstinin YUNESKO-ya tam üzv kimi qəbul etdilməsi idi. Yəni avropalılar deyəndə burada söhbət İslam dövlətlərindən getmir. Çünki İslam dövlətlərinin bu məsələ ilə bağlı mövqeyi bəllidir. Əsas mövqe avropalılarındır ona görə də Avropa dövlətlərinin mövqeyindən danışıram. Amma iş burasındadır ki, BMT üzvlərinin böyük əksəriyyəti də Fələstinin dövlət olmasının tərəfdarıdır. 

Mübariz Əhmədoğlu: “BMT üzvlərinin böyük əksəriyyəti də Fələstinin dövlət olmasının tərəfdarıdır”.


Həmçinin BMT Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi ilə tənzimlənməsinin tərəfdarıdır. Amma bunun cəmi iki əleyhdarı var. Bu əlehdarlardan biri İsraildir. İsrail də deyir ki, hökmən iki dövlət prinsipi yenidən işlənməlidir və İsrail nə qaydada deyirsə, o qayda da yazılmalıdır. Həmçinin İsrailə müəyyən üstünlüklər verilməlidir. Məsələnin əsas tərəfi də budur ki, İsrailin bu mövqeyini ABŞ tamamilə dəstəkləyir. Obamanın dövründə ABŞ müəyyən mənada İsrailə təzyiq edirdi ki, Təl-Əviv Fələstinlə bağlı mövqeyini dəyişsin. O zaman həm vaxt çatmadı, həm də etiraf etmək lazımdır ki, mən indi adını çəkməyəcəm, paradoksal da olsa, Fələstindən ötrü güya ən çox çalışan dövlətlərdən bəziləri dedilər ki, yox, Fələstin dövləti 1967-ci il sərhədlərində deyil, 1948-ci il sərhədlərində yaranmalıdır. Guya həmin dövlətlər Fələstinə yaxşılıq edirlər. Amma əslində həmin müsəlman dövlətlərinin mövqeyi İsrailin xeyrinə oldu. 

Yəni Obamanın dövründə ABŞ-ın mövqeyi Fələstin məsələsi yumşalmışdı. O zaman ABŞ həm BMT Təhlükəsizlik Şurasında Fələstinlə bağlı fərli mövqedə dayanırdı, həm də Obama hökuməti aşkar şəkildə İsrailə təzyiq edirdi. İndi ABŞ-da prezident Trampdır. Tramp hal-hazırda öz dövlətinin marağından daha çox İsrailin mövqeyin müdafiə edir. Bildiyimiz kimi Tramp ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək, eyni zamanda da Qüdsü paytaxt kimi təkcə İsrailin paytaxtı tanıyır. O cümlədən bu cür adekvat göstəriş prezident Tramp tərəfindən ABŞ-ın BMT-dəki nümayəndəsinə də verilib. Buna görə də bəllidir ki, ABŞ-ın BMT-dəki nümayəndəsi Fələstinin dövlət kimi tanınmasına razılıq verməyəcək. BMT Təhlükəsizlik Şurasının digər üzvləri də ABŞ-ın mövqeyin bildikləri üçün başa düşürlər ki, hədsiz çox aktivlik göstərməyin mənası yoxdur. Buna görə də BMT Təhlükəsizlik Şurası Fələstinlə bağlı hələ ki, təzə nəysə ortaya qoymaq gücündə deyil. 

Mübariz Əhmədoğlu: “ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək niyyətindən sonra xristian dünyası da aktivləşib”.


- Bu məsələdə İsrailin rolu və beynəlxalq gücü nədən ibarətdir və Fələstin dövlətinin tanınması Fələstin və İsrail arasında sülhün əldə olunmasına necə təsir edə bilər?

- Mən hesab edirəm ki, iki dövlət prinsipi məhz elə o istiqamətdə təkminləşdirilməlidir ki, iki dövlət yanaşı yaşasın. Yəni İsrail özünü dini dövlət hesab edir. Fələstin isə tam olaraq dini dövlət deyil. Fələstin müsəlman dünyasının tərkib hissəsi də olsa, müəyyən qədər özünü dünyəvi prinsiplərə riayət edən dövlət kimi aparır. İsrail həmişə Tövrata istinad edir, amma o da nəzərə alınmalıdır ki, Tövratda nə qədər yəhudi termini varsa, təxmini bir o qədər də Fələstin termini var. Buna görə də iki dövlət prinsipi məhz bu istiqamətdə təkminləşdirilməlidir ki, iki dövlət yanaşı yaşasın. Heç bir dövlətin təklükəszilik zolağına ehtiyac yaranmasın. Ümumiyyətlə təhlükəsizlik zolağı anlayışı gündəlikdən çıxmalıdır. 

Düşünürəm ki, bu istiqamətdə işlər getsə, bu zaman həmin regionda sülh əldə etmək olar. Eyni zamanda o da nəzərə alınmalıdır ki, artıq Qüdsün paytaxt elan olunmasından, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək niyyətindən sonra xristian dünyası da aktivləşib. Yəni xristian dünyası da Qüdsdə öz maraqlarının olduğunu ortaya qoyub. Buna görə də ABŞ-ın İsrailin xeyrinə hiperaktivliyi belə demək mümkünsə, İsrail prizmasından baxanda əks effekt yaradıb. Bütün bunlara görə ola bilər ki, gələcəkdə vəziyyət bir az da qəlizləşsin. 

Mübariz Əhmədoğlu: “Mahmud Abbas fikirləşir ki, ən təkminləşdirilmiş variantda belə iki dövlət prinsipi hazırlansa, İsrail ona riayət etməyəcək”.


- Abbas Fələstin probleminin həlli üçün tək yolun çoxtərəfli beynəlxalq mexanizmin qurulmasında gördüyünü deyib. İsrail və ABŞ-ın açıq basqıları altında belə bir mexanizmin effektli olması mümkündürmü?

- Artıq Fələstin də başa düşür ki, İsraillə dolanmaq mümkün deyil. İsrail BMT qətnamələrinə riayət etmir və arxasında da ABŞ dayanıb. Buna görə də indi Fələstin lideri Mahmud Abbas da fikirləşir ki, ən təkminləşdirilmiş variantda belə iki dövlət prinsipi hazırlansa, İsrail ona riayət etməyəcək. Çünki İsrail istəyir ki, həmin regionda BMT qüvvələri daimi fəaliyyət göstərsin. 

Eyni zamanda nəzərə almaq lazımdır ki, Mahmud Abbas ağıllı siyasətçilərdən biridir. Mahmud Abbas bir tərəfdən ABŞ-a da şərait yaradır ki, dövləti yaradaq və qoruyucusu da özün olur. Yəni Abbas ABŞ-a mesaj göndərir ki, iki dövlət prinsipin reallaşdıraq və özün BMT, yaxud da istənilən addla çoxtərəfli sülh mexanizmini də reallaşdır. Buna görə də gözləmək lazımdır ki, Mahmud Abbasın bu ideyalarına ABŞ tərəfdən hansı təpki olacaq.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar