Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Toy müğənniləri ölkədən çıxarılsın“


Millət vəkili Fazil Mustafa müğənnilərin vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmasına münasibət bildirib


Axşam.az-ın məlumatına görə, deputat müğənniləri tənqid edərək, onların ölkədən çıxarılmasını istəyib:

Vergilər Nazirliyinin bu qərarını anlamadım. Fikrimcə, vergi borcu olan müğənnilərin "ölkədən xaricə getməsinə qadağa qoyulması" vəziyyətdən çıxış yolu deyil. Bəlkə, vergi borcu olan müğənniləri təmtəraqla, Dövlət simfonik orkestrinin müşayiəti ilə, ciblərinə də yüngülvari xərclik qoyub ölkədən çıxarmaq daha məsləhətdir? Bundan sonra da çıxarılanların bir daha ölkəyə qayıtmasına qadağa qoyulması Azərbaycan xalqına edilən ən böyük yardım olmazdımı? 

Təsəvvür edin ki, toy müğənnilərinin çoxu ölkədən çıxarılıb və geri qayıda bilməyib, o zaman hər gün qarşılaşdığımız bu vəhşi toy adətlərində çəki-düzən yaratmaq üçün nələr etmək olmazdı? Onsuz da zəhlətökən səsgücləndiricidən, fonoqramla oxunan mahnını eşidən yoxdur, əksəriyyət də musiqini deyil, öz bacardığını oynayır, israfçılıq da baş götürüb gedir. Artıq toyun müğənnisi olmayanda daha rahatlıqla və az məsrəflərlə bir yeni ailənin qurulmasına şahidlik etmək imkanımız yaranacaq. Bu zaman həm də toy sahibi "şadlıq evinin pulunu necə verəcəyəm" bədbəxtliyindən, "iki gəncin xoşbəxtliyi, maddi rifahi üçün nələr etməliyəm" barədə düşünə biləcəkdir. 

Allah hamının ocağında toy, düyün, xeyir işlər qismət etsin, ancaq bu gün şadlıq evlərində keçirilən toylar "Toy mafiyasının" onsuz da çətin şərtlərdə yaşayan Azərbaycan insanına sırıdığı vəhşilikdən, israfçılıqdan, səhhət pozuntusundan başqa bir şey deyildir. Müğənnilərlə məsələ düzəlsəydi, nə vardı ki... İnsanları gör nə vəziyyətə gətiriblər ki, Azərbaycanda xurafat və cəhalət əleyhinə olanlar belə, səbirsizliklə Məhərrəm ayının gəlişini gözləyirlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar