Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Total” prezidentinin müəmmalı ölümü... – Video


Fransanın ikinci ən böyük şirkətinin prezidenti sərxoş qartəmizləyənin güdazına getdi; dünyada məşhur insanların həyatına son qoyan qəzalar


Oktyabrın 20-də gecə saatlarında Moskvanın “Vnukovo” hava limanında təyyarə qəzası baş verib. 

Rəsmi məlumata görə, havaya qalxmaqda olan kiçik həcmli “Falkon-50” təyyarəsi qar təmizləyən maşına çırpılaraq yerə düşüb. Qəza nəticəsində təyyarədə olan 4 nəfər - 2 pilot, bir stüardessa və bir sərnişin həlak olub. Məlum olub ki, həlak olan sərnişin Fransanın “Total” neft-qaz şirkətinin prezidenti Kristof de Marjeri olub. Məlumatı Hava Limanı sözçüsü Yelena Kirilova verib. 

O da məlum olub ki, Fransanın neft nəhənginin 63 yaşlı prezidentinin təyyarəsi sərxoş sürücünün idarə etdiyi qartəmizləyən maşınla toqquşub. Həmin gün Moskva Hava Limanında duman olub və bu səbəbdən də eniş və qalxma şərtlərin pilotlardan asılı olub. O da bəlli olub ki, toqquşma zamanı qartəmizləyən maşının sürücüsünə heç olmayıb, ancaq təyyarə tamamilə yanıb. “Rosaviasiya” hadisə ilə bağlı istintaq başladıb. 

Qeyd edək ki, qəzada ölən Kristof de Marjeri 2007-ci ildən Avropanın 3-cü ən böyük neft şirkəti olan “Total”a rəhbərlik edib. Fransanın ikinci ən böyük şirkəti olan “Total” 102 milyard bazar qiyməti ilə Fransanın ikinci ən böyük şirkətidir. 1974-cü ildən “Total”da çalışan Marjeri son 7 ili şirkətə rəhbərlik edib.

Yeri gəlmişkən, “Total”ın prezidenti Rusiyaya qarşı Qərbin sanksiyalarına qarşı olub və şirkət Rusiyada ən böyük xarici investorlardandır. K.Marjeri oktyabrın 20-də Moskvada təşkil olunan Xarici İnvestisiyalar Üzrə Məşvərət Şurasının toplantısında iştirak edib.
 
 “Total” prezidentinin təyyarə qəzasında ölümü mediada şübhələrə yol açıb. Şirkət rəhbərinin Rusiya hakimiyyəti ilə yaxın olması, Qərbin sanksiyalarına qarşı olması kimi faktorlar səbəbindən qəzada qəsd ehtimalı da gündəmə gətirilib. Ancaq hələlik bu yöndə hər hansı bir ciddi iddia göstərilmir. Fransız iş adamının ölümü təyyarə qəzalarını yenidən gündəmə gətirib. Son 50 ildə təyyarə qəzalarında onlarla məşhur ada dünyasını dəyişib. 

***

Dünya tarixində ilk məşhurların kütləvi öldüyü təyyarə qəzası 1958-ci il fevralın 6-da baş verib. İngiltərənin məşhur Mançester Yunayted futbol klubunun oyunçularını daşıyan təyyarə Almaniya ərazisində qəzaya uğrayıb. Ümumilikdə 44 nəfərin olduğu təyyarə eniş edərkən qəzaya uğrayıb və 21 nəfər, o cümlədən Mançester Yunaytedin 7 fuutbolçusu dünyasını dəyişib. Bu hadisə kluba böyük zərbə olub. 

1959-cu il martın 29-da Mərkəzi Afrika Respublikasının prezidenti və müstəqilliyin qəhrəmanı Bartolomey Boqonda təyyarə qəzası nəticəsində dünyasını dəyişib. 

1961-ci il aprelin 3-də Çili “Green Cros” futbol komandasının oyunçularının da içərisində olduğu təyyarə qəzaya uğrayıb və komandanın bütün oyunçuları qəzada həlak olub. 

1966-cı il aprelin 13-də İraq dövlətinin rəhbəri Əbdül Salam Arif vertolyot qəzasında ölüb. 
1968-ci il martın 27-də sovet təyyarəçi-kosmonavtı Yuri Qaqarin rəsmi versiyaya görə sınaq uçuşu zamanı qəzada həlak olub. 

1976-cı il iyulun 30-da Madaqaskarın baş naziri Joel Rakotomalala vertolyot qəzasında dünyasını dəyişib. 

27 may 1979-cu ildə Afrika sammitinə gedən Mavritaniya baş naziri Əhməd Busseyfinin təyyarəsi Dakar sahillərində dənizə düşüb. Baş nazirin cəsədini tapmaq mümkün olmayıb.

1980-ci il iyulun 23-də Hindistanın sabiq baş naziri İndira Qandinin oğlu və Milli Monqres Partiyasının sədri Sancay Qandi təyyarə qəzasında ölüb. 

1980-ci ildə Portuqaliya baş naziri Fransisko sa Karniyero və ümdafiə naziri Amaro de Kosta təyyarə qəzasında ölüb. 

24 may 1981-ci ildə Ekvador prezidenti Ceime Roldos və müdafiə naziri Marko Aurelio təyyarə qəzasında ölüblər. 

Yenə 1981-ci il avqustun 1-də Panama prezidenti Ömər Torricos təyyarə qəzasında həlak olub. 

1982-ci il mayın 4-də Əlcəzair xarici işlər naziri Məhəmməd bin Yahya İranda təyyarə qəzasında ölür. 

1986-cı il oktyabrın 19-da Mozambik prezidenti Samora Machel təyyarə qəzasına düşərək ölüb. 

1988-ci il avqustun 17-də Pakistan prezidenti Ziya əl-Haqq və bir sıra dövlət rəsmilərinin içərisində olduğu təyyarə qəzaya uğrayıb. 

1989-cu il iyulun 7-də “Colorful 11” adlı Hollandaiya futbol klubunun üzvlərinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfər ölüb.

1993-cü il fevralın 17-də Türkiyə ordusu jandarma qüvvələrinin komandanı Əşrəf Bitlis təyyarə qəzasında həlak olub. 

3 aprel 1996-cı ildə ABŞ ticarət naziri Ron Braun Xorvatiyada baş vermiş təyyarə qəzasında həlak olub. 

1999-cu il iyunun 16-da ABŞ-ın eks-prezidenti Con Kennedinin oğlu Con f. Kennedi şəxsi təyyarəsini idarə edərkən qəzaya uğrayır. Təyyarənin qəzaya düşməsi nəticəsində Kennedi həyat yoldaşı ilə birlikdə ölüb. 

17 may 2001-ci ildə İran nəqliyyat naziri Rəhman Dadman, iki nazir müavini və 7 deputat təyyarə qəzasında ölüb. 

26 yanvar 2004-cü ildə Makedoniya prezidenti Boris Traykovski təyyarə qəzasında ölüb. 

2005-ci il iyulun 27-də Amerikanın ən böyük şirkətlərindən olan “Wal-mart”ın idarə heyətinin üzvü Tomas Valton təyyarə qəzasında ölür. 

2009-cu il martın 25-də Türkiyə Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlu vertolyot qəzasına düşərək həlak olub.

2010-cu il aprelin 10-da Polşa prezidenti Lex Kaçinskinin də içində olduğu TU-154 markalı təyyarə qəzaya uğrayır. Qəza nəticəsində Polşa prezidenti və bir sıra hökumət üzvləri olmaqla 87 nəfər həlak olub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar