Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Top səndədir, xəstə“


Bir çox klinikadan narazı qalan saysız-hesabsız insan var. Hələ də xəstələrin hüquqlarının tam qorunması məsələsi öz həllini tapmayıb


Mənim də hüququm çox pozulub. Bu dəfə “Türk-Amerikan” adlanan klinikada bu hüquqpozmanın  ən  bariz nümunəsi ilə rastlaşdım.

“Türk-Amerikan” klinikasında işləyən bir həkimdən mənə hansısa kardioloq məsləhət görməsini rica etdim. Bu həkim məni bir dəfə müayinə etmiş və ödənişə ehtiyacın olmadığını bildirərək yola salmışdı. Çünki müalicənin necə effekt verəcəyini bilmədiyini demişdi.

O,  mənə bu klinikada işləyən professor Muradəli Baxşıyevi məsləhət gördü. Klinikaya zəng edib nə vaxt gələ biləcəyimi soruşdum. Dedilər sabah saat 12-də gəlim. Səhəri gün getdim . Həkim yox idi. 1 saat gözlədim. Həkim gəldi, məni qəbul etdi, sonra kağzıda qeydlər edib təkrar “Qeydiyya”a göndərdi. Kağızda kardioqramma, exo-kardioqramma və həkimin müayinəsi qeyd olunmuşdu. Qeydiyyatda oturan qız mənə 160 manat ödəməli olduğumu dedi. 160 manat!!! Mən düz 2 dəfə “160 manat??!!” deyərək içimi çəkdim. Qız isə yenə “bəli”dedi. Və sadəcə orda yazılanları oxudu, guya mən özüm oxuya bilmirəm. Qeyri-ixtiyari pulu ödədim. Başım möhkəm ağrıyırdı, halsız idim. Hər halda özümü pis hiss eləyirdim ki, xəstəxanaya getmişdim. Heç nə deyə bilmədim. Müayiənələr bitdi, çıxdım.

Özümə gəldikdən sonra araşdırdım. Demək olar ki, əksər klinikalarda kardioqramma 10, exo-kardioqramma 30 (maksimum 40), həkim müayinəsi 30 manatdır.  Təkrar “Türk-Amerikan”a zəng etdim. Elə burda da qiymətin eyni  olduğu məlum oldu. Soruşuram: bəs, nəyə görə 160 manat?? Nə desələr yaxşıdır? “Doktor Baxşıyevin müayinə qiyməti 100 manatdır” . Bunu adama indi deyərlər? Baş həkimə zəng etdim, dedi gəl, görüşək. 
Getdim. Baş həkim Ramiz Rzayevə vəziyyəti danışdım. Və nəyə görə əvvəlcədən xidmətlər barədə məlumatlandırılmadığımı soruşdum.  

Cavab: “Bizdə professor Baxşıyevin müayinəsi bahadır. Baxın, biz sizə pis xidmət təklif eləmişik ki? Bizdə adi həkim də var. Amma biz sizə professoru təklif etmişik. Nədən narazısınız ki?”

“Adi” həkim! Baş həkim xəstəxanasında həkimləri kateqoriyalara bölüb demək. Var VİP həkimlər, var “adi” həkimlər. Xəstələr də səviyyəli və səviyyəsiz olaraq qruplara bölünür yəqin.  Araşdırdım. Söhbət digər kardioloq Tünzalə Əfəndiyevadan gedir. Ramiz Rzayevə - “deməli siz “adi” həkimlərlə də işləyir və xəstələri belələrinə tapşırırsınız?” sualını verəndə səsinin tonunu qaldıraraq mənə kobud söz dedi. 

Mübahisə davam elədi. Mən baş həkimə başa sala bilmədim ki, rəhbərlik etdiyiniz klinikanın tibbi personalı mənə heç bir məlumat verməyib və mən nəzərdə tutmadığım məbləği ödəmişəm.  

“Qeydiyyatda” işləyən qız isə müdirinin qorxusundan yalan danışdı: mən xanıma izah eləmişdim xərclər barədə.  İzah dediyi şey vərəqdə yazılanın eynisini mənə oxumaq idi. O , məni məlumatlandırmağa borclu idi: 100 manat “adi” olmayan həkimin müayinə puludur. 60 manat isə aparatların. Və bu klinikada müayinə pulu 30 manat olan başqa həkimin də olduğunu deməliydi. Bəlkə mən imtina edəcəkdim. Mən özümü yaxşı hiss eləsəydim, o an aydın başla qərar versəydim, əziyyətlə qazandığı pulu niyə havaya sovurardım ki?

Klinikanın saytına baxanda vəziyyəti  daha yaxşı başa düşmək olur.  Başqa tibb müəssisələrinin saytından fərqli olaraq nə struktur, nə həkimlər, nə də xidmətlərin qiymətləri barədə məlumat yoxdur.  A-dan Z-yə hər şeyi qeyd edən klinika saytları var. Bu, şəffaflıq deməkdir...

Bəlkə pul selində üzən bəzi şəxslər üçün 10 dəqiqəlik müayinə söhbətinin 100 manat olması boş şeydir. Amma mənim kimi rüşvət almayan, quru maaşa baxan zəhmətkeş üçün böyük puldur. Və sonda baş həkim Ramiz Rzayev mənə “mən sizə sözümü dedim, indi top sizdədir, nə istəyirsiniz edin”. Şərhə ehtiyac yoxdur.
Beləliklə, bu xəstəxananın personalı “Xəstə hüquqları” deyilən şeydən qəti xəbərsizdirlər.  

Xəstə Hüquqları Üzrə Avropa Xartiyası var. Bu sənəd  xəstələrin 14 hüququnu əhatə edir və bu hüquqlar birlikdə Avropanın müxtəlif ölkələrində tibb xidmətləri tərəfindən "insan sağlamlığının yüksək səviyyədə qorunmasını" təmin etməyi və göstərilən tibbi xidmətin yüksək keyfiyyətinə nail olmaq məqsədi daşıyır. Mənim düz 4 hüququm pozulub.

2. Hörmət
Sizin istənilən şəraitdə tibb personalı tərəfindən hörmət olunma hüququnuz var.

9. Xəstəxana xərcləri
Sizin xərclərinizin ətraflı şəkildə izah edilmə hüququ

11. Münaqişələrin aradan qaldırılması
Sizə göstərilən tibbi xidmətin fikrinizcə kifayət qədər olmadığı halda şikayət etmə hüququ.

13. Xəstəxana qaydaları
Xəstəxana qaydaları haqqında məlumatlandırılma hüququ. Eyni zamanda etik komissiya barədə məlumatlandırılma, sualınız və ya probleminiz olarkən etik komissiyaya müraciət etmə hüququ.

Mən Səhiyyə naziri cənab Oqtay  Şirəliyevə, bütün əlaqədar qurumlara, Milli Məclisə-şəxsən deputatlar Qənirə Paşayevaya, Musa Quliyevə müraciət edirəm: təkcə mənim yox, milyonlarla xəstənin hüquqlarının pozulmasına imkan verməyin!!!

Cəlalə NƏZƏROĞLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar