Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The Washington Times” Azərbaycandan yazdı


ABŞ-ın “The Washington Times” qəzetində Azərbaycan haqqında yazı dərc edilib


 Məqalə “Tovuz, qədimlik və təbii gözəllik məkanı” adlanır. 

Məqalədə Azərbaycanın Tovuz rayonundakı qədim tikililərin və abidələrin regionun zəngin mədəniyyətini və tarixini əks etdirdiyi bildirilir. Müəllif oxuculara rayondakı Hacı Bağır məscidi, Kirzan məbədi və digər abidələr haqqında məlumat verir.

Yazıda Tovuzun vaxtilə Alban tayfalarının məskunlaşdığı qədim və əsas yaşayış məskənlərindən biri olduğu qeyd edilir və vurğulanır ki, rayon dağlıq əraziləri kəşf etməyi xoşlayan təbiətsevərlər üçün əlverişli məkandır. 

Azərbaycanın zəngin aqrar rayonlarından biri olan Tovuz meşələrində palıd, fıstıq, qoz, vələs və dəmir ağacı, eləcə də yabanı meyvə kollarına rast gəlmək mümkündür. Bu meşələrdə çoxlu ceyran, cüyür, dələ, canavar, tülkü, dovşan, turac və kəklik var. 

Rayonun Çataq kəndindəki Turşsu bulağının müalicəvi suyu sağlamlıq üçün faydalı olan müxtəlif kimyəvi maddələrlə zəngindir.

Məqalədə Tovuzun zəngin mətbəxindən də söhbət açılır. Burada Azərbaycanın aşıq sənətinin inkişaf etdiyi vurğulanır.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar