Maltanın Luqa şəhərində qəzaya uğrayan təyyarədə həlak olanların heç birinin Avropa İttifaqı ilə əlaqəsi yoxdur
Lent.az-ın ria.ru-a istinadən məlumatına görə, bu barədə Avropa İttifaqının yaydığı açıqlamada deyilir. Bildirilib ki, təyyarədə olan sərnişinlərin heç biri deyildiyi kimi AB-nin rəsmiləri deyil.
Digər məlumatda isə qeyd olunur ki, həmin şəxslər Fransa vətəndaşı olublar. Ölənlərin kimliyi hələ bəlli deyil.
pia.az