Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Terrorçulara hava dəstəklərini də özləri verirlər”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni terrorçuların "Asala" terror təşkilatının timsalında xarici dəstəkdən məhrum olacağı halda PKK terror təşkilatı və onun Suriya qolu PYD/YPG-nin də ömrünün qısa müddətdə başa çatacağını bəyan edib


PİA.AZ APA-ya istinadən verdiyi məlumata görə, bu gün sədri olduğu  hakim Ədalət və İnkişaf Partiyasının Ankara rayon təşkilatının konfransında çıxış edən R. T. Ərdoğan deyib ki, bir zaman Türkiyənin diplomatlarına sui-qəsd təşkil edən bir terror təşkilatı sonra səssiz-sədasız yoxa çıxıb.

R. T. Ərdoğan deyib ki, yetər ki, biriləri, terrorçuların himayəçiləri əl-ayağa dolaşmasın: "Yetər ki, bu terrorçular Avropada, başqa ölkələrdə sərbəst olmasın. Xarici himayədən məhrum olan terror təşkilatı qısa müddətdə yox olacaq. Biz terrorçuları bu ölkələrə təslim edirik. Bu ölkələr terrorçuları niyə bizə təhvil vermirlər?!".

Türkiyə prezidenti ABŞ-ın PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə yüngül, ağır silahlar, o cümlədən zirehli texnikalar verdiyini və verməyə davam etdiyini qeyd edib: "Bu terrorçulara hava dəstəklərini də özləri verirlər. Bizimlə görüşlərdə deyirlər ki, PYD/YPG-yə zirehli silahlar verməyiblər. Deyirik ki, vermisiniz, əlimizdə sübutlar var. Ancaq ABŞ bir zaman bizə nəinki pilotsuz aparatlar, hətta tapança belə satmırdı, deyirdilər ki, ABŞ Konqresi icazə vermir. Bu gün şükür, öz istehsalımız olan silahlı pilotsuz aparatlar Afrində və digər yerlərdə terrorçulara qan uddudur".

R. T. Ərdoğan PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə bağlı ABŞ-la müzakirə apardıqlarını, ancaq vədlərə deyil, konkret fəaliyyətə baxılacağını vurğulayıb. Türkiyə prezidenti heç bir halda terror təşkilatlı ilə mübarizənin dayandırılmayacağını da qeyd edib. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar