Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tənbəllikdən qarnımızı yerlə sürüməkdən yorulmadıq?”


Biz nə istəyirik? Tənbəllikdən qarnımızı yerlə sürüməkdən yorulmadıq?


Bu sözləri müğənni-bəstəkar Murad Arif sosial media hesabında qeyd edib.

"Sosial şəbəkələrdə ölkədəki ərəb turistlərinə qarşı əcaib aqressiya haqda 1-2 kəlmə demək istərdim.

Biz nə istəyirik? Tənbəllikdən qarnımızı yerlə sürüməkdən yorulmadıq? Ərəblər gəlib... Bu niyə dərd olur bizə? Onlar mədəni deyil? Biz necə? Çoxmu mədəni davranır "bəzilərimiz"?

Küçəyə "xax tfu" edib tüpürən biz deyildik indiyə qədər? Ömür billah maşınlardan butulka tullayan biz deyilik? Yoxsa, küçədə xalxın anasına-bacısına söz atan deyildik? Hə? İlmi zalım ictimai yerlərdə, restoran və kafelərdə tualetlərimiz çiçək qoxuyub yoxsa? "Ay eşşək suyu burax!", "Bura zibil atanın belə-belə.." yazanda ərəb üçün yazırdıq daim? 1 il deyil ki, ölkədə turist axını nəzərə çarpır.

Bu ay artıq 4-5-ci dəfədir ki, bölgələrimizdə otellərdə oluram! Turistlər hər yerdədir! Çox Şükür!

Sektor inkişaf edir. Yerli əhaliyə, işçi qüvvəsinə ehtiyac yaranır... Camaat iş tapır, ailə dolandırır. Utanmaz adamlar var ki, maşını 10 dəfə artıq qiymətə icarəyə verir, sonra da salonun şəklini qoyur ki, ərəblər çips dağıdıb. Təmizlə, yenə oborota ver, qazan də! Oteli bulayır? Od qiymətinə verirsən, xadimənin də, bütün xidmətin də pulunu artıqlamasıyla çıxarırsan? Nədir problem? Nə qədər deyinmək olar? Ver yeyim, ört yatımla olmur axı!

Ərəblər mədəni deyilmiş... Yox, siz mədənisiniz.. Üzeyir Hacıbəyovu ola-ola, üç badam bir qoz mahnılardan kayf tutursunuz... Operaya, teatra gedir, kitab üzü açırsınız... Efirləriniz də elmi-kütləvi verilişlərə dolu... Sanballı komediyalar çəkirsiniz... Siz mədənisiniz!

Ay mükəmməl, ideal, süddən çıxmış ağ qaşıqlar? Evinizə qonaq gəlmir e... Bazarınızı ayaqda saxlayır, pul yatırırlar! Xidmət göstərin, işləyin, qazanın və susun.

Bu barədə bir dəfə yazmışdım, yenə yazıram: Küçədə kimsə pozğunluq açırsa, kiminsə, nəyinsə, mənəvi dəyərləri alçaldılırsa, əmlakınıza ziyan vurulursa, bunu kontrol edəcək qurumlar, qaydalar, cərimələr var! Hüququnuz tapdalanır, şikayət edin.

Yoxsa, boş-boş deyinmək nəyə lazım?

Mənim əziz soydaşlarım, turizm olan bölgələrə hər tip adam gələr. Kimisə mədəniyyətə dəvət etmədən öncə, özünüzü "ələşdirin"... Əslində çox şey, yaranmış şəraitdən qaynaqlanır. Birdə ki, işləmək lazımdır! ...və biz bunu sevmirik. Bu qədər."

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar