Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təmiz Binəqədi”nin balıq kimi yaşayan sakinləri...



«Nə qədər şikayət etmək olar? Düzəltmirlər. Suyun içində balıq kimi yaşayırıq»


PİA.AZ bildirir ki, bu sözləri musavat.com-un əməkdaşına Binəqədi rayonundakı 3 yol adlanan ərazisində yaşayan sakinlər deyirlər

Adıçəkilən ünvanda isə əsas problem kanalizasiya xətləri ilə bağlı idi. Sakinlərin sözlərinə görə, bu ərazidə heç bir kanalizasiya xətti çəkilməyib: «Uzun zamandır ki, eyni problemləri yaşayırıq. Heç bir küçəyə kanalizasiya xətləri çəkilməyib. Yağış yağan kimi bütün su həyətimizə, evlərimizə dolur. Dəfələrlə müraciət etsək də, baxan yoxdur. 

Özünüz də görürsünüz. Vəziyyətimiz bərbaddır. Su içində balıq kimiyik. Ayaqqabılarımız suda üzür. Evin altı su içindədir. Hər gün iki ayaqqabı ilə işə gedirik. Küçənin sonunda ayaqqabılarımızı dəyişərək, işə yollanırıq. İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. Hər dəfə də «Sabah düzələcək” deyirlər. Amma bu sabahlar bitmək bilmir. Buraya kanalizasiya çəkməsələr, heç nə düzələn deyil».

«Qonşumuzda yaşlı bir qadın yaşayır. Qulağı da eşitmir və heç kimi də yoxdur. Evdən çıxa bilmir. Çünki həyətində dizə qədər su var. Onun üçün çörəyi biz alırıq. Çörəyi də ya hasarın üstündən, ya da çəkmə geyinərək, aparıb, ona veririk ki, ac qalmasın» - bu sözlər də şikayətçi sakinlərə aiddir.

Biz də ayağımıza uzun çəkmələr geyinərək, su basmış evləri dolaşmağa başladıq. Bütün evlərin zirzəmiləri su ilə dolu idi. Sakinlər suya batmamaq üçün yerə daşlar düzmüşdülər. Hər kəs həmin daşların üzəri ilə gedib-gəlirdi. 

Binəqədi rayon İcra Hakimiyyəti “Təmiz Binəqədi” adlı layihəyə start verib və  tez-tez bunu reklam edir. Amma burada təmizlikdən əsər-əlamət yoxdur. Yəqin ki, təmizlik deyəndə küçələrin kanalizasiya və ya yağış suları ilə dolmasını deyirlər. Ola bilsin ki, bunun sayəsində küçələr, evlər yuyulur və Binəqədi təmiz olur.  

Evləri su altında qalan rayon sakinləri deyirlər ki, eyni zamanda həm də yolları bərbad hala düşüb: «Bundan əlavə yollarımız da xarabalığa dönüb. Ağırtonnajlı yük maşınları bu yoldan istifadə etdiyi üçün yollarımız daha da bərbad hala düşüb. Bundan əlavə, uşaqlarımızın məktəb problemi də var. Yaxınlıqda məktəb yoxdur. Uşaqlar məcburən uzaq məsafələrdə olan məktəblərə gedirlər. Böyüklər yenə də özləri gedə bilir. Balacaları gərək özümüz aparaq. Amma bu da çətin olur. İşimizdən-gücümüzdən oluruq».

<iframe width="640" height="360" src="//www.youtube.com/embed/411cbsnykC0" frameborder="0" allowfullscreen></iframe>
















pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar