Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı


Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı


“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ilk mərhəlıəsi başa çatdı. Zaqatalada start verilən layihənin ilk mərhələsi təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə həyata keçirilib. 

Təlim iştirakçıları smartfon təmiri, dərzilik və aşpazlıq kurslarında iştirak ediblər. Bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənib.

“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən reallaşdırılan və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində bölgələrdən olan 40 nəfər yerli sakinin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi alması nəzərdə tutulub. Bölgələrdə “Təlim məktəbi” layihəsinin növbəti mərhələsinə önümüzdəki günlərdə Göygöl rayonunda start verilməsi planlaşdırılır.

“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda start götürüb və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə həyata keçirilib. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiya etdirməkdir. Təşkilatçılar “Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olur.

Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir.

Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar