Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təklif olunan qaz artan istehlakı qarşılamır”


Qubad İbadoğlu paytaxtdakı “qaz böhranı”ndan danışdı


Son vaxtlar Bakının bir çox rayonlarında qaz təminatında ciddi problemlər yaşanır. 

Bəzən günün əsas hissəsində saatlarla qazın verilişi dayandırılıb. Axşam saatlarında xüsusilə qazın təzyiqi zəif olur.


Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri bunu Bakıda qaz xətlərinin yenilənməsi ilə əlaqələndirsələr də, ekspertlər fərqli düşünür.


Ehtimallara görə, əsas səbəb qaz çatışmazlığıdır.


İqtisadçı ekspert Qubad İbadoğlu məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verərkən bildirdi ki, tələbat artsa da, təklif ildən-ilə azalır: “Statistik göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə daxildə qaz istehlakı azalır. Əgər 2015-ci ildə 5 mlrd. 760 mln. kubmetr qaz qazpaylayıcı şəbəkələr vasitəsilə qəbul olunmuşdusa, onun 1 milyard 720 milyon kubmetri itkiyə getmişdisə, nəticədə iştirakçılara 4 milyarda yaxın qaz təklif olunmuşdu. 2016-cı ilin 9 aylıq göstəricilərində isə cəmi 3 milyard 310 milyon kubmetr qaz istehlakçılara təklif olunub. Qaz itkiləri də bu rəqəmə daxildir. 2016-cı ildə istehlak artsa da təklif olunan qazın həcmində artım olmayıb. 2017-ci ildə istehlak hətta 2016-cı illə eyni səviyyədə olsa belə qazpaylayıcı şəbəkələrdə qazın qəbul göstəriciləri bunu deməyə əsas verir ki, təklif olunan qaz artan istehlakı qarşılamır. Bu mənada istehlakçılara təbii qazın verilməsində fasilələrin yaranması başa düşüləndir”.


İqtisadçının sözlərinə görə, bu sahədəki önəmli problemlərdən biri də qazpaylayıcı şəbəkələrdə və digər sektorlarda itkinin çox olmasıdır: “Bu itkilərin böyük bir hissəsi Bakının payına düşür. Ümumiyyətlə, qaz itkilərində Bakının xüsusi çəkisi 68,5 faizdir. Ümumi qaz sərfiyyatında da Bakının çəkisi 47,9 faiz olub. Demək olar ki, qaz sərfiyyatının yarısı Bakıda həyata keçirilir. Ona görə də Bakıda belə fasilə ilə qaz verilməsi daha çox hiss olunur. Bakının qazpaylayıcı şəbəkələrinin müasir texnologiya ilə təmin olunmasına baxmayaraq qaz itkilərinin qarşısını almaq mümkün olmayıb. Problemin səbəbi təkcə təklifin az olmasında deyil, həm də itkilərin çox olmasıdır. Son nəticədə o da mümkündür ki, qazın bir hissəsi daxili bazara deyil, ixraca yönəldilsin. Bu qazın hesabına da Azərbaycanın daxili bazarında artan istehlakı qarşılamaqda çətinliklər ortaya çıxa bilər”.


Qubad İbadoğlunun fikrincə, bu problemin məhz qış mövsümündə ortaya çıxmasının səbəbi bu aylarda qaza tələbatın daha çox olmasıdır: “Bunun kommersiya tərəfləri də var. Ümumiyyətlə, itkilərin texniki tərəfləri ilə yanaşı kommersiya tərəfləri də diqqəti cəlb edir. Qazın çatdırılmasında da müəyyən narazılıqlar yaranmışdı. Səbəb isə o idi ki, qiymətlər arasında diferensiallaşma son nəticədə satışda da müəyyən manipulyasiya imkanları yaradır. Mümkündür ki, qazın sonrakı aylarda satışına da üstünlük verilsin. Çünki indiki halda ucuz qiymətə qaz satmaqdansa, sonrakı aylarda limit bitdikdən sonra baha qiymətə qaz satmaq daha məqsədəuyğundur. Ola bilər ki, bundan faydalanmağa çalışsınlar”.


Sonda ekspert problemdən çıxış yolu kimi kommunal sektora özəl müəssisələrin cəlb olunmasını təklif etdi: “Digər tərəfdən, qazın istehlakı məsələsində səmərəli idarəetmə mexanizmi olmalıdır. Hesab edirəm ki, biz bu sistemə özəl sektoru cəlb etməyi düşünməliyik ki, qazın verilməsində də fasilələrlə qarşılaşmayaq. Ümumiyyətlə, söhbət qazın keyfiyyətindən gedir. Bu baxımdan, düşünürəm ki, strateji olaraq qaz sektorunda, kommunal sektorda özəl bölmənin iştirakı təmin edilməlidir. Onlara qazın paylanılmasında, satışında idarəçilik imkanları yaradılmalıdır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar