Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təkcə ilk yox,“son mənzil”dən də qazanan dairələr var” - Zahid Oruc


Deputat: “Müstəqilliyimizin çərçivəsini genişləndirib bir sıra arxaik, bizi geriyə və sosial-mənəvi var-yoxdan çıxarmaya aparan qaydalardan imtina etmək lazımdır”


Azərbaycanda da mərasimlərlə və məzarlarla bağlı müvafiq qanun qəbul edilməlidir”

Bu sözləri millət vəkili Zahid Oruc Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Naxçıvandakı kimi Azərbaycanın digər yerlərində də bütün qəbirüstü abidələr bir formada olacaq fikrini PİA.AZ-a şərh edərkən qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərar təsdiqlənəcək qaydalara uyğundur. Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq. Burada islami dəyərlərə, milli adət-ənənələrə zidd heç nə yoxdur. Məzarlar biri digərindən kəskin şəkildə fərqlənə bilməz. O bildirib ki, “Məzarlıqlar haqqında” qanun layihəsi Nazirlər Kabinetindədir: “Qərar layihəsi demək olar bütün instansiyalardan keçib, müvafiq nazirliklərin, ekspertlərin rəyi alınıb. Yeni qərar qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və sairə məsələlər həmin qaydalarla tənzimlənəcək”.

Qeyd edək ki, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.

Azərbaycanın digər yerlərində də qəbirüstü abidələrin bir formada olaması barədə qanun qəbul edilsə, bunun nəticəsi olacaq?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruca müraciət edib. 

Картинки по запросу zahid oruc

Zahid Oruc: “Ölməyin yükü, yaşamaqdan baha başa gəlir”.


“Öncə onu qeyd edim ki, Mübariz Qurbanlı dövlət idarəçiliyində və ictimai-siyasi həyatda böyük təcrübəsi ilə tanına bir insandır.Komitədə rəhbərliyə qədər böyük bir yol keçib. O dərin zəkaya sahib olan alim və ziyalı olaraq tanınırdı,o biri yandan da müstəqil dövlət quruculuğu prosesində hakim partiyanın elitasında təmsil olunmaqla yaxından iştirak edib. Mübariz Qurbanlı istər dini, istər siyasi, istərsə də, digər ictimai proseslərin gedişini, həmçinin ölkəmizi gələcəkdə gözləyən hadisələrin də nəticələrini hesablamaq imkanlarına malikdir. 

Son dərəcə mürəkkəb dünyamızda dinin siyasətə, ideologiyalara, terrora silah edildiyi bir vaxtda Azərbaycanda ekstremizm və fundamentalizm təhlükəsi yoxdur. Bütün dini konfessiyalar arasında sağlam münasibətlər mövcuddur.Komitə və Qafqaz Müsəlmanları İdarəsi,eləcə də dövlətin bütün qolları arasında yaxşı anlaşma mühiti formalaşıb. Son 6 ildə dünya xürafatın, fanatizmin meydan açması səbəbinə, hansısa cihadçıların, xilafət bayrağı altına toplananların hesabına dövlətlərin dağıdılmasına, vətəndaş qırğınlarına və milyonlarla insanın humanitar fəlakətinə şahidlik edib. Təəssüf ki, cihadçıların sıralarına gedən muzdlular içərisində xeyli azərbacanlı da olub.Lakin cihada yolçuluq edənlərin qarşısı müxtəlif vasitələrlə alındı. Ona görə də cəmiyyət həyatını əhatə edən çox mütərəqqi adımları məhz indiki dövrdə həyata keçirmək lazımdır. 

Zahid Oruc: “Dinin buyurmadığı fəqirlik bölücülüyünün o dünyaya daşınması sübut edir ki, biz dinimizin göstərdiyi yolda deyilik”.


Yas mərasimlərin və qəbirüstü abidələrin  vahid forması ilə bağlı qəbul ediləcək qanunu dəstəkləyirik. Düşünürəm ki, hörmətli Mübariz müəllim də çox haqlı olaraq milli məsələyə toxunub və ümidvaram ki,çətin olsa da cəmiyyətdən ona dəstək veriləcək. Mən hər zaman belə düşünmüşəm ki, yüksək təhsilli cəmiyyətin mədəniyyətinin ayrılmaz hissəsi olan və özündə milli, dini, insani baxışları daşıyan mərasimləri hansı qaydada təşkil etməsindən bütövlükdə taleyi asılıdır. Çünki doğulan bir gün dünyadan köçəcək və onu yalnız bir ailənin deyil, vahid bir toplumun itkisi kimi qəbul etmək üçün qaydalar hər kəsin, etnik qrupun və ayrıca bir idarənin öhdəsinə buraxılmamalıdır.

Müstəqilliyimizin çərçivəsini genişləndirib bir sıra arxaik, bizi geriyə və sosial-mənəvi var-yoxdan çıxarmaya aparan  qaydalardan imtina etmək lazımdır. Çünki xaqlımızın keçdiyi tarixi yol ərzində ona müxtəlif xarici təsirlər olub və indi onları özününüküləşdirmiş cəmiyyət sovet atezimindən sonra sanki kütləvi bir aclıqla özünü orta əsrlərin rituallarının içərisinə atıb. Nəticədə ölməyin yükü, yaşamaqdan baha başa gəlir. Dərd təkcə bunda olsaydı, bəlkə də birtəhər çəkilərdi. Amma dinin buyurmadığı ayrıseçiklik, təbəqəlşmə və zənginlik-fəqirlik bölücülüyünün o dünyaya daşınması sübut edir ki, biz dinimizin göstərdiyi yolda deyilik. Klassiklərimizin ürəyini partladan da elə bunlar olub. İnsanlar indiki dünyada sadə  yaşam formasını qəbul etdikləri halda, o biri dünyaya mərmər daşları üzərindən baxmaq istəyirlər. Çox qəribə bir haldır və dinin özünün prinsiplərinə zərrə qədər uyğun deyil. 

Halbuki islamın ilk illərində qəbir yerlərinin itməsi təşfiq olunurdu.Peyğmbərin nümunəsində əsil islam etiqadlıları müvafiq ayinlərə düzgün formada riayət edirdilər. Lakin indi bir çox müsəlman ölkələrində məzarlıqlar az qala movzoleyləri xatırladır. Əlbəttə, hər kəsin ağrısın başa düşürük. Asan mövzü deyil və çox həssas problemdir. Burada sakit danışmaq çox çətindir. Lakin insanın ancaq bu dünyasıyla məşğul olmağı azmış kimi, kimlərsə kimlərinsə o dünyasına da əl uzadırsa, deməli, alimlər, ziyalılarımız və fikir adamları öz sözlərini deməlidirlər. Kimsə yalnız mollaların, din xadimlərinin üzərinə belə ağır vəzifələri qoymamalıdır. Çünki hər kəsin sonu eynidir. Milləti sosial-mənəvi buxovlarda saxlayan ənənələrdən üzülüşmək lazımdır. Adamlar onda gözlərin açıb həyata tamam fərqli nəzərlərlə baxacaqlar. 

Zahid Oruc: “Kimlərsə kimlərinsə o dünyasına da əl uzadırsa, deməli, alimlər, ziyalılarımız və fikir adamları öz sözlərini deməlidirlər”.


Dünyada aparıcı dinlər də bir-biri ilə rəqabət aparırlar. Ancaq  Almaniya məzarlıqlarında belə inşaat-arxitektura meydanını görməzsiniz.Hətta Rusiyada belə 1995-ci ildə həyatlarının ən ağır hadisəsini hüquqi aktla tənzimləmək qərarına gəldilər. Biz onu da anlayırıq ki, elə məsələlər var ki, onu qanunun predmetinə çevirmək çox çətindir. Çünki insanların fərdi hüquqları , azadlıqları mövcuddur. 

O cümlədən də bu həyatın elə üzüdür ki, orada normativ müddəa ilə hərəkət etmək çox çətindir. Amma düşünürəm ki, birinci növbədə din xadimlərimiz, işıqlı insanlarımız irəli çıxmalı,dini-ictimai islahatların ağırlığını öz üzərlərinə götürməlidirlər. Şahidiyik ki, sadə mərasimlər, məclislər varlı, imkanlı insanların həyatında özünü göstərən kimi bu proses digər adamlara da təsir edir. O üzdən, təşəbbüsün hörmətli Mübariz müəllimin tərəfindən irəli sürülməsi xüsusi bir çəkiyə malikdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar