Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təkcə SOCAR-ın Azərbaycan dövləti qədər borcu var” – İqtisadçı ekspert


Natiq Cəfərli: “Yaxın 2-3 ildə Azərbaycanın ən böyük problemi xarici borcla bağlı yaşanan problemlər olacaq”


 “Xarici borc ÜDM-in 60%-ni keçib. Biz getdikcə daha sürətlə borclanırıq”

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Azərabycanda adambaşına düşən xarici borcla bağlı məlumatı şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, Azərbaycanda adambaşına düşən xaric borc 704,7 dollar təşkil edir.  Bu rəqəmlərin  reallığa nə dərəcədə uyğun olmasına gəlincə, bir çox ekspertlər hesab edirlər ki, Azərbaycan vətəndaşlarının çiyninə yüklənən borc əslində 1500-2000 dollar civarındadır və bu həm dövlət, həm də vətəndaşlar üçün həddindən artıq çoxdur. Bəzi iddialar da var ki, bu xarici borcun bir hissəsi məhz müxtəlif şəxslər tərəfindən Beynəlxalq Bank vasitəsi ilə  mənimsənilən vəsaitlərdən yaranan dövlət t.minatlı xarici borclardır. Dövlət təminatı ilə götürülən borclara dövlət nəzarət mexanizmi varmı və dövlət təminatı ilə götürdüklən borcların mənimsəniməsi halları barədə iddialar nə dərəcədə doğru ola bilər? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Картинки по запросу natiq cəfərli pia.az 2017

Natiq Cəfərli: “Bu günə qədər geri qaytarılması problemli olan kreditlərin nəyə görə yaşandığı və dövlət zəmanəti ilə götürülmüş kreditlərin necə xərclənməsi barədə ciddi audit hesabatı yoxdur”.


Azərbaycanda adambaşına düşən xarici borcun 2000 dollara yaxın olduğunu vurğulayan Natiq Cəfərliyə görə, zaman keçdikcə Azərbaycanın xarici borc yükü daha da artacaq:

“Əslində Azərbaycanda xarici borcun hesablanmasında ciddi problem var. Dövlət xətti ilə bağlanmış müqavilələrin borc miqdarı 11 milyard dollara yaxınlaşıb. Ancaq Azərbaycanda rəsmi statistikada istifadə olunmuş borcların miqdarı təqribən 8 milyard dollara yaxın göstərilir. Bu,əslində doğru hesablama deyil. Müqavilələr bağlanıbsa, artıq dövlətin öhdəliyi yaranmış olur. 

Bundan başqa, dövlət zəmanəti ilə götürülmüş borcların həcmi də həddindən artıq çoxdur və getdikcə yüksəlir. Təkcə SOCAR-ın Azərbaycan dövləti qədər borcu var. Bununla yanaşı, digər iri şirkətlər də xaricdən kreditlər götürüblər və bu prosesin dövlətin zəmanəti ilə baş verib. Beynəlxalq Bankla bağlı son hadisələr onu göstərdi ki, məsuliyyəti gec-tez dövlət daşımalı olur. Buna görə hal-hazırda beynəlxalq kreditorlarla danışıqlar gedir və Beynəlxalq Bankın borcunu dövlət qaytarmalı olacaq. 

Bu hesablamalarla götürsək, Azərbaycanda adambaşına rəsmi elan olunan borcdan iki dəfə daha çox borc düşür. Bu borc təqribən 2000 dollara yaxınlaşır və ÜDM-in 60%-ni keçib. Biz getdikcə daha sürətli şəkildə borclanırıq. Artıq bu ilin 5 ayı ərzində 1 milyard dollar borc götürülüb. İlin sonuna yaxın növbəti danışıqlar nəticəsində əlavə 2 milyard dollara yaxın borcun  götürülməsi  ehtimalı var. Bu il ilk dəfə olaraq Azərbaycan büdcəsinin 12%-i borc ödəməsinə xərcləndi. Bu isə çox böyük bir rəqəmdir. Təəssüflər olsun ki, ölkənin borc yükü getdikcə artır. 

Natiq Cəfərli: “Bu il ilk dəfə olaraq Azərbaycan büdcəsinin 12%-i borc ödəməsinə xərcləndi. Bu isə çox böyük bir rəqəmdir”.


2020-ci ildən sonra intensiv ödəmə dövründə Azərbaycanda çox böyük problemlər yaşanacaq. Yəni, Azərbaycan hər il daha çox borc ödəməli olacaq. O zaman neft gəlirləri çox az olacaq. Çünki  neft hasilatı aşağı düşür. Qazdan gözlənilən gəlirlər isə neftin gətirdiyi azalmış gəlirləri kompensasiya etməyə kifayət etməyəcək. Ona görə də Azərbaycanda çox təhlükəli bir tendensiya yaşanır. Yaxın 2-3 ildə Azərbaycanın ən böyük problemi xarici borcla bağlı yaşanan problemlər olacaq. Bu isə Azərbaycan əhalisinin çiyninə böyük yük olacaq. Çünki dövlətin borcunu gec-tez vətəndaş ödəməli olur”. 

Dövlət təminatı ilə götürülən borclara dövlət nəzarət mexanizminin olub-olmaması  və dövlət təminatı ilə götürülən borcların mənimsənilməsi hallarına da münasibət bildirən iqtisadçı ekspertə görə, ölkədə kifayət qədər mexanizmlər mövcud olsa da, nəzarətsizlik hökm sürür:

Azərbaycanda mexanizmlər kifayət qədərdir. Hesablama Palatası, Maliyyə Nazirliyi və digər qurumların nəzarətetmə funksiyaları var. Ancaq bu nəzarəti yetərincə yerinə yetirmirlər. Bu günə qədər geri qaytarılması problemli olan kreditlərin nəyə görə yaşandığı və dövlət zəmanəti ilə götürülmüş kreditlərin necə xərclənməsi barədə ciddi audit hesabatı yoxdur. Beynəlxalq Bank da sübut etdi ki, nəzarətsizlik 10 milyard manata yaxın daxili borc yaratdı. 3.3 milyard dollarlıq isə xarici borc yarandı.  Deməli, nəzarət sıfıra yaxındır. Nəzarət olmadığı şəraitdə təbii ki, bu kreditlər müxtəlif korrupsiya sistemlərinin qrubanı olur”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar