Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təhlükəsizlik satılıq mal deyil, onu idxal etmək olmaz”



“Başqalarının təhlükəsizliyini pozmaqla təhlükəsizlik əldə etmək düşüncəsinə son qoymaq lazımdır”


PİA.AZ Strateq.az-a istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Berlində Avropa Birliyinin xarici əlaqələr Şurasının illik iclasında çıxışı zamanı deyib.

Zərifin sözlərinə görə, regionda bəzilərinin təhlükəsizliyin satın alınacaq bir şey olduğunu və başqalarının təhlükəsizliyini pozmaqla stabillik əldə edəcəklərini düşünmələri təəssüf doğurur: “Bu düşüncəni kənara qoymaq lazımdır. Ona görə ki, təhlükəsizlik satın alınası şey deyil və onu xaricdən idxal etmək olmaz”.

Zərif Orta şərq və Şimali Afrika regionlarının coğrafi, əhali və sərvət baxımından sturuktur problemləri ilə üz-üzə durduqlarını bildirərək deyib: “Region ölkələri öz cəmiyyətlərinin ehtiyaclarını təmin edə bilməyib və bu da gənc nəslin reaksiyasına və radikal  qruplara meyillənməsinə gətirib çıxarıb”.

Zərif Səudiyyə Ərəbistanını da tənqid edib. “Bu gün Səudiiyyə Ərəbistanı vasitəsi ilə regiona yayılan nifrət terrorçu İŞİD qrupu tərəfindən yayılan nifrətlə çoxlu oxşarlıqlara malikdir”.

XİN rəhbəri bildirib ki Avropa Fars körfəzi regionundakı münaqişələrin həllinə yardım istiqamətində lazımı potensiallara malikdir və bu birlik bu regionda dialoqun qurulmasında daha ciddi rol oynamalıdır.

İİR XİN rəhbəri Fars körfəzi regionunun fobiya yaratmaq planlarına qalib gəlmək üçün regional təhlükəsizlik qurumuna ehtiyaclı olduğunu bildirib: “Fars körfəzi sahilyanı ölkələri arasındakı son böhran, Qətərin ittiham edilməsi, məsuliyyəti öz üzərindən götürmək və problemlərdə başqalarını ittiham etmək cəhdləridir”.

İranın xarici işlər naziri bu gün Almaniya rəsmiləri ilə görüşüb müzakirə aparmaq üçün Berlinə səfər edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar