Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tariflərin artırılması pensiyaçılara ciddi təsir etməyəcək”




“Tarif Şurasının qərarı ilə baş verən son artım əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək”


PİA.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

“Birinci qeyd etmək istəyirəm ki, tariflərin artırılması differensiallaşdırılmış şəkildə həyata keçirildi. Əlilliyi olan şəxslərin istehlak etdiyi elektrik enerjisinin, təbii qazın həcmi barədə məlumatlar var. Nazirlər Kabinetinin müvafiq qərarı ilə istehlak səbətinin tərkibi təsdiqlənir və üç qrupa bölünür – ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər. Xidmətlərin tərkibində də məhz bu enerji daşıyıcılarının istehlak olunma həcmi və qiymətləri var. Gördüyünüz kimi, bu dəfə tariflər artırılan zaman həmin məsələyə toxunulmadı. İstehlak səbətinə daxil olan həcmdə həm elektrik enerjisinin, həm qazın, həm istiliyin qiymətləri olduğu kimi saxlanıldı. Yəni bu kateqoriyadan olan şəxslər də aztəminatlı təbəqəyə aid olunduğu üçün xidmətlərin dəyərinin artırılması onlara hər hansı bir ciddi təsir göstərməyəcək. Digər tərəfdən, pensiyaların gələn ilin əvvəlindən indeksləşdirilməsi barədə ölkə başçısının fərmanına uyğun şəkildə tədbir görüləcək və indeksləşdirmə bu artımların əsas hissəsini kompensasiya edəcək. Bununla yanaşı, gələn il “Pensiya haqqında” qanuna ediləcək dəyişiklik insanlara öz fərdi hesabına daha çox vəsaitin köçürülməsinə imkan yaradacaq və əmək pensiyalarının formalaşdırılması isə bilavasitə onların özündən asılı olacaq. Bir daha qeyd edirəm ki, biz birinci qrup əlillər üçün bütün güzəştləri saxlayacağıq, hətta onların genişləndirilməsi istiqamətində işləyəcəyik”, – deyə nazir bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar