Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tanımadığımız Konfutsi” çap olundu

Filosof Müşfiq Ötgünün “Tanımadığımız Konfutsi” kitabı çap olunub


Kulis.azın məlumatına görə “Hüquq Yayın Evi”ində nəşr olunan kitab Konfutsinin söhbətlərinin toplandığı qədim mənbə “LunYü”nün Azərbaycan dilinə (ilk dəfə olaraq) tərcüməsi və fəlsəfi interpretasiyası əsasında yazılıb.
 
Fəlsəfə tarixinin ən məşhur simalarından olan Konfutsinin təlimi və şəxsiyyəti barədə xəsis (və çox zaman yanlış) dərslik məlumatlarından dolayı şüurlarda Böyük Müəllimin tamamilə qeyri-adekvat obrazı formalaşıb: pedant, quru ritualçı, hökmdara it sədaqəti nümayiş etdirən və böyüklər qarşısında mənəvi köləlik boyunduruğunu təbliğ edən bir adam kimi.
 
Müəllif Konfutsinin mətnlərinin kontekstlərini bərpa edərək bu qədim filosofun əslində nə demək istədiklərini oxucuya anlatmağa çalışıb. Kitab “Lun Yü” mətninə paralel olaraq 20 fəsildən ibarətdir.
 
Kitabın üz qabığı və dizaynı Ruhulla Həsənzadənindir.
 
Müşfiq Ötgün (Müşfiq Yarəhməd oğlu Şükürov) 1968-ci ildə anadan olub, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosentdir. AMEA Fəlsəfə İnstitutunun “Etika” şöbəsinin aparıcı elmi işçisidir. Şərq fəlsəfəsi üzrə ixtisaslaşıb. “Siyasi idrak və mənəvi imperativ” (2004) monoqrafiyasının müəllifi, Xəlil Cübranın “Peyğəmbər” əsərinin (2009), Buddanın “Dhammapada”sının (2013) tərcüməçisidir.
 
Kitabın təqdimatı 11 dekabr 2016-cı il tarixində saat 11:00-da “Everest” Tədris mərkəzində olacaq.
 
Ünvan: Everest - Uşaq Mərkəzi, Elmlər Akademiyası metrosu yaxinliginda Mirəli Seyidov küçəsi, Yasamal Rayon İcra hakimiyyətinin arxası.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar