Əfqanıstanın Qəzni vilayətindəki nəzarət-buraxılış məntəqəsinə "Taliban" yaraqlılarının hücumu nəticəsində 8 polis ölüb, üçü yaralanıb
Bu barədə "RİA Novosti" xəbər verib.
Vilayət administrasiyasının nümayəndəsinin sözlərinə görə, hücum dünən gecə baş verib. Yerli sakin isə qarşıdurmanın bir neçə saat davam etdiyini bildirib.
Yaraqlıların da itki verdiyi bildirilir. (report.az)
pia.az