Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taleh Bağırzadə gözəçarpmayan bir şəxs idi”


İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altayın Nardaran hadisələri ilə bağlı “Qafqazinfo”ya müsahibəsi:


- Əvvəlcədən hiss edilirdimi ki, Nardaranda bu cür qarşıdurma yarana bilər?

- Cəmiyyətdəki hadisələri müşahidə edən və bu kontekstdə çıxışlar edən bir şəxs kimi deyə bilərəm ki, son dövlərə kimi belə bir hadisənin olacağını hiss etmirdim. Bu məsələlər Aşura ərəfəsində başladı. Heç vaxt gözləmədiyimiz həddə bunların bir aqressiv, təşkilatlanmış, nizami formada yürüşləri, çıxışları baş tutdu. Ümumiyyətlə, cəmiyyət özü də buna təəccüb qaldı. Aşura bunların kulminasiya nöqtəsi oldu. Taleh Bağırzadə gözəçarpmayan bir şəxs idi. Oktyabarın 24-də Maştağada məscid qarşısında çıxış edərək tamamilə özünü ifşa etdi. Həmin çıxışda Azərbaycan dövlətçiliyinə, xalqın kimliyinə, hakimiyyətə qarşı müəyyən ifadələr işlətdi, çağırışa yol verdi. Mən özüm də buna təəccüb qaldım. Hələ indiyə kimi Azərbaycanda dini zəmində, din pərdəsi altında belə bir çıxış edilməsinə rast gəlməmişdim.

- Taleh Bağırzadə beş aya yaxındır ki, həbsdən çıxıb. Nəzərə alsaq ki, bu cür hadisələrin baş verməsi üçün uzunmüddətli planlamalar olmalıdır. Hansı ərəfədə bunlar təşkilatlanıb, silahlanıblar?

- Bunlar hamısı İrandan gələn cərəyanlardır. Orada bizim gənclərimiz hazırlanır. Taleh Bağırzadənin özü də beş il Qum şəhərində dini məktəbdə oxuyub. Müxtəlif şəhərlərdə kurslar keçib. İranın həmişə Azərbaycanda “beşinci kolon” deyilən əlaltıları, missionerləri var. İran tərəfindən gətirilən bir xətt həmişə Azərbaycanda hazır vəziyyətdədir. Sadəcə olaraq müəyyən dövrlərdə bunlar baş qaldırır, sonra dövlət tərəfindən qarşısı alınanada yenə də sakitçiliyə çəkilirlər. Bu dəfə Taleh Bağırzadənin timsalında məsələni yönəltdilər. Onlar üçün məqam yaranıb. Eyni zamanda cəmiyyətin özündə, ictimai-siyasi adamlarda, hüquq- mühafizə və xüsusi xidmət orqanlarında boşluq olub. Bu iş birbaşa Milli Təhlükəsizlik Nazirliyinin işidir ki, vaxtında bunların qarşısını alsın. Belə şeylər Azərbaycan dövlətçiliyinin təhlükəsizliyi ilə bağlıdır. Bu orqanın üzərində məsuliyyət var. İndi isə biz görürük ki, Milli təhlükəsizlik Nazirliyi illərdir tamamilə özünə aid olmayan sahələrlə məşğul olub. Öz gücündən istifadə edərək sahəsinə aid olmayan işlərlə məşğul olub. Bu da o deməkdir ki, özünə aid olmayan sahə ilə məşğul olubsa, aid olduğu sahəni də boş buraxıb.

- Yəqin ki, həmin dairədəki boşluğu görərək xarici dairələr burada dini zəmində öz kolonlarını yaradıblar...

- Bütün bunlardan istifadə etdilər. Son dövrlərdə təşkilatlanmaları baş verib. Bunu əlahiddə, cəmiyyətin və dövlətin gözləmədiyi bir formada ortalığa qoydular.

- Siz din sahəsi ilə məşğul olan digər qurumların yəni Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyətində də bununla bağlı hansısa boşluq hiss edirsiniz?

- Qafqaz Müsəlmanları İdarəsi dini qurumdur. Bu qurum dövlətimiz, xalqımız üçün vacib idarədir. Dinin inkişafına nəzarət edən orqandır. Məsələ ondadır ki, Qafqaz Müsəlmanları İdarəsi müəyyən qədər tarazlığı saxlaya bilmir. İdarə dini fikirlər baxımındam ortaq mövqe tutmalı olsa da, amma bunu etmir. Bir qədər mövqeyini İran tərəfə, yəni şiəlik tərəfə aşır. Bu da bir qədər İran tərəfini, şiə təriqətindən olan dini kəsimi ərköyünləşdirir. Məsələn, bunlar gedib ektremist, ifrat dərəcədə aşura hərəkətləri, edirlər. Hesab edirəm ki, ümumiyyətlə bu daha da bunları ərköyünləşdirir. QMİ bu məsələdə müəyyən qədər öz sərtliyini göstərməlidir.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi öz istiqamətində çalışır. Onun imkanları, sferası genişləndirilməlidir. Hesab edirəm ki, imkanları artırılsa, xeyli dərəcədə ölkədə dinin normal istiqamətdə inkişafına yardım edə bilərlər.

- Bir qrup şəxs sosial şəbəkədə əvvəlcədən Nardaranda əməliyyat keçiriləcəyi ilə bağlı statuslar paylaşmışdı. Sizcə, bu şəxslər əvvəlcədən necə məlumatlı ola bilərdi? Versiyalar səsləndirilir ki, hansısa sızdırılmalar ola bilər...

- İndiki məqamda hər şeyə ciddi nəzarət halda hakimiyyyət orqanları tərfindən belə bir cılız təbəqəyə hansısa məlumatların ötürülməsi mümkün deyil. Özləri əməllərini başa düşürdülər. Söhbət ekstremizmin terror formasından gedir. Bunlar dini siyasətə çeviriblər, siyasətdən də terror formasına keçiblər. Tam dəqiq istintaq aparılsa, hələ bunlardan çox şeylər ortaya çıxacaq. Bunlar silahlı sürətdə terror dəstələrinə çevriliblər. Hiss edirdilər ki, bu əməllər qarşısında artıq dövlət dayanmayacaq.

- “Müsəlman Birliyi” adlanan təşkilat bu qədərmi güclü olub ki, hakimiyyəti ələ keçirməyə, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsd hazırlasınlar? Yoxsa bu sadəcə üzdə olan təşkilatdır?

- Söhbət İran tərəfindən şiə məzhəbi üzərində ekstremist formada Azərbaycanda qurulmuş geniş şəbəkədən gedir. “Müsəlman Birliyi” adlanan təşkilat o şəbəkənin bir hissəsidir. Bu elə də böyük hərəkat deyil, üzdə olan hissəsidir. Amma Azərbaycanda alt yapıda böyük şəbəkə var. Həmin şəbəkədir ki, Bakıda, Lənkəranda, Gəncədə birdən-birə gözlənilməz qədər böyük qüvələr, nizamlı dəstələr ortalığa qoydular. İndiyə kimi biz Aşurada parad keçirildiyini görməmişdik. Adicə bizdə müxalifətin yürüşünə icazə verilmir. Burada hakimiyyətin ələ keçirilməsi məqamı gözlənilir. Bu istiqamətdə hazırlıq gedir. Onlar hesablayırlar ki, Azərbaycanda bir təlatüm baş versin, təbii fəlakət olsun, ictimai-siyasi asayiş pozulsun, dövlətçilik müəyyən qədər silkələnsin ki, bu çaxnaşmadan istifadə edib hakimiyyəti ələ keçirsinlər. Məqsəd Suriyadakı kimi bir ələvi hakimiyyəti quraraq Bəşər Əsəd timsalında birini burada hakimiyyətə gətirməkdir. Bunu da İranın kurasiyasına vermək istəyirlər. Bir ölkə ki Azərbaycan adını çəkmir, onu Bakı dövləti hesab edir, bu ölkədən nə gözləmək olar? Bunlar Azərbaycanı dövlət kimi qəbul etmirlər.

- Belə çıxır ki, bu hələ prosesin başlanğıcıdır. Oturuşmuş şəbəkəyə qarşı əməliyyatlar bundan sonra da davam etdiriləcək...

- Dövlət orqanlarının gedib kimisə həbs etməsində təəccüblü bir şey yoxdur. Bir qrup həbs olunur, üç gün içində ayırd edilir ki, günahları yoxdur, azad edilir, ya da ki sübutlar qoyularaq istintaqa cəlb edilirlər. Səhvən kimisə də həbs edə bilərlər. Bu o demək deyil ki, mən silahı çəkib polis orqanlarına atəş açmalıyam. Həmin qrup artıq həbsi gözləyirdi. Buna qarşı da silahlı dəstə formasında hazır idilər. Azərbaycanın müxtəlif bölgələrində məhz bu cür silahlı təşkilatlanmanı istisna etmək olmaz. Ona görə də istintaq başlanıb, başlanğıc böyük rezonansla gedib, bir sıra ölkələrdə terror hadisəsi kimi qəbul olunub. Bizim hüquq-mühafizə orqanlarımız bu məsələdə xeyli humanizm göstərdilər. Başqa ölkədə, məsələn Rusiyada, Dağıstanda belə hadisələr olsaydı, tankı qoyub o evi içindəkilərlə birgə kökündən məhv edərdilər. Bu istintaq daha geniş xarakter almalıdır. Bir neçə dəfə Nardaranda belə vəziyyət olub. Bu dəfə məsələni kökündən həll etmək lazımdır. Onların bütün mənbələri kəsilməlidir. Ölkənin cənub rayonlarında, Gəncə-Qazax bölgəsində mənbələri araşdırılıb ifşa edilməlidir. Qanun qarşısında cavab versinlər.

- Rəsmi şəxlər hesab edir ki, bu qrupların Nardaranda sosial dayaqları azdır. Siz necə düşünürsünüz?

- Mən 2002- ci ildə Naradaran hadisələrində çox iştirak etmişəm, məlumatlıyam. Onların hüquqlarını da müdafiə etmişəm. O zaman da polislə qarşıdurma olmuşdu. O vaxtkı etirazlar hicab məsləsi, işıq-qaz yəni, sosial problemlərlə bağlı idi. Amma bu dəfə Taleh Bağırzadəni himayə etmələri ortaya çıxdı. Son illər etiraz formasını da dəyişdiriblər. Bu da xaricdən gələn təsirlərdir. Hesab edirəm ki, Nardaran camaatına düzgün maarifləndirilmə aparılsa, qaydalar tətbiq olunsa, şərait yaradılsa, məsələlər həll olunar. Nardaran camaatı mərddir. Özləri də ektremist qrupların qarşısını ala bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar