Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Suriyalı qaçqınlar öz vətənlərinə, evlərinə qaytarılmalıdır”


Birləşmiş Ştatlar prezidenti Donald Tramp və İtaliyanın baş naziri Raolo Centiloni müharibələrin getdiyi regionlarda stabilliyin bərpası, eləcə də qlobal təhlükəsizliyə əsas hədə olan İran və Şimali Koreya kimi nüvə proqramı olan ölkələr barədə müzakirələr aparıb


NATOAvropa İttifaqının terrorizmlə birgə mübarizəsi də müzakirələrdə geniş yer alıb.

Cümə axşamı birgə keçirdikləri mətbuat konfransı zamanı cənab Tramp Aralıq Dənizində miqrantların həyatının xilasında İtaliyanın başlıca rol oynadlığını, lakin Avropa sərhədlərinin qorunmasının vacib olduğunu deyib. “Qaçqınlarla bağlı əsas məsuliyyət onların evlərinə qaytarılması və öz vətənlərində yeni dövlətin qurulmasına yardım etməkdir.”

Cənab Tramp dünyanın hər yerində terror təhlükəsi olduğunu deyib. O, İran və Şimali Koreyanın da qlobal təhlükə olduqlarını vurğulayıb. Onun İranın nüvə proqramı ilə bağlı beynəlxalq razılığı tənqidi təhlükəsizlik agentliyinə bu məsələni bir də gözdən keçirməsinə dair göstərişindən bir neçə gün sonraya təsadüf edir. “İran bu sazişin prinsipinə əməl etmir” deyə, cənab Tramp bildirib.

Şimali Koreyaya gəldikdə isə ABŞ prezidenti Çinin Pxenyana iqtisadi təzyiqlər göstərəcəyinə əmin olduğunu deyib. Cənab Tramp Bunu etmək üçün Çin prezidenti Şi Tsinpinə də təzyiq göstərdiyini bildirib. “Sözün düzü, mən ona dedim ki, Şimali Koreya probleminin aradan qaldırılmasına kömək etsə ticarət sövdələşməsində daha yaxşı şərtlərə nail olacaq.”

İtaliyanın baş naziri Paolo Centiloni ölkəsinin Birləşmiş Ştatlar prezidentinin gələn ay İtaliyada keçiriləcək “Böyük Yeddilər”in sammitində iştirakını gözlədiyini deyib. “Mən inanıran ki, bizim azad iqtisadiyyat liderlərinin birliyini nümayiş etdirmək imkanımız olacaq, çünki hazırda bu vəhdətə böyük ehtiyac var.”

Cümə axşamı Vaşinqtonda etdiyi çıxışı zamanı cənab Centiloni deyib ki, hərbi qələbələr terrorizmi məğlub etmək üçün kifayət deyil. “Raqqada hərbi həll var, lakin Dəməşqdə yoxdur. Bu rejimdən qurtarmaq üçün siyasi həll gərəkdir.”

İtaliya lideri ölkəsinin terrorizmin mənbələri və silahlı münaqişələrin həlli yolunda mübarizəyə hazır olduğunu, lakin digər ölkələrin dəstəyinə ehtiyacı olduğunu deyib. (Amerikanın səsi)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar