Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Suriya müharibəsinin işıqlandırılması zəmanəmizin ən böyük yalanıdır”



Campaolo Rossi

Il Giornale (İtaliya), 16.02.2017


Keşiş Daniel Maesin 78 yaşı var, belçikalıdır, 2010-cu ildən Dəməşqin 90 km-liyindəki Karedə qədim Mar Yaqub monastrında işləyir.

 Onu ora cəmiyyətdə ziddiyyətli rəy doğurmuş rahibə Anyes-Məryəm della Kroçenin özü dəvət edib: Suriya müharibəsi haqda informasiya kampaniyasına görə Qərbdə rahibəni Əsədin agenti olmaqda ittiham edirlər.

Maes ata təkcə hətta müharibəninn ən dəhşətli anlarında da həyata keçirdiyi pastor fəaliyyətinə görə deyil, həm də son illərdə Suriyada nələrin baş verdiyini öz gözlərilə görmüş avropalı olduğundan Suriya xristianları üçün önəmli simadır (xüsusən də melkit-katolik icmasında). O, bir neçə həftə öncə Hollandiyanın AD (Algemeen Dagblad) qəzetinə müsahibə verərək Suriya müharibəsi haqda “öz” həqiqətini danışıb. Maes ata 2011-ci ildə Tunis, Liviya və Misirdə olduğu kimi vətəndaş müharibəsinin əsasını qoymuş küçə etirazlarından danışıb: “Xalq üsyanının prezident Əsədə qarşı yönəldiyi haqda təsəvvürlər tamamilə yanlışdır. Mən 2010-cu ildən Karedə yaşayıram və başqa ölkələrdən gəlmiş fitnəkarların hökumətə qarşı etirazları necə təşkil etdiyini və gəncləri öz sıralarına topladığını öz gözlərimlə görmüşəm. Onların çəkdikləri guya üsyan baş verdiyi təəssüratını yaratmaqdan ötrü “Əl-Cəzirə” kanalında translyasiya olunub. Əcnəbi terrorçuların Suriya xalqı arasında dini və etnik ədavət yaymağa cəhd edərək sünni və xristian icmalarında necə qətllər həyata keçirdiyini görmüşəm”.

Həmrəylik ölkəsi

Maes ata danışır ki, Suriya müharibəyə qədər “həmrəylik ölkəsi, müxtəlif dini icmaların yan-yana mövcud olduğu dünyəvi dövlət idi”. Şübhəsiz, bu, Yaxın Şərqdəki bütün rejimlər kimi avtoritar, repressiv  dövlət idi, lakin bununla yanaşı xristian azlığın azadlığına həmişə zəmanət verilib.

Məlumdur ki, Əsəd dönəminin Suriyası Yaxın Şərqin ən inkişaf etmiş, fəal, varlı orta təbəqəsi və bölgə arşınlarına görə öncül sosial xidmətləri olan ölkələrindən biriydi. İndi müharibə hər şeyi məhv edib. Raziə Akkoçun “The Telegraph”dakı reportajında nağıl etdiyi kimi, Yaxın Şərqdə ən yüksək təhsilli ölkə Suriyada indi məktəb təhsili sistemi alt-üst olub: uşaqların 45%-dən çoxu (münaqişə və yaxud təhsil müəssisələrinin dağıdılması səbəbindən) məktəbə getmək imkanını itirib ki, bu da gələcək nəsillərə olduqca mənfi təsir edəcək. Əvvəllər ərəb ölkələrində ən inkişaf etmiş səhiyyə sistemlərindən birinə malik olan ölkədə bu gün xəstəxanaların yarısı dağıdılıb, həkimlər qaçmağa məcbur olub, ömrün orta müddəti isə 55 yaşa düşüb (2010-cu ildə 77 yaş təşkil edirdi).

Mötədil üsyançılar

Maes ata Qərbin təriflədiyi bədnam “mötədil üsyançılar”ın onun şəhəri Kareni necə işğal etdiklərini xatırlayır. Onlar “minlərlə idi, Fars körfəzi ölkələri, Avropa, Türkiyə və Liviyadan idilər, aralarında çoxlu çeçen var idi. Onlar xarici işğal qüvvəsi formalaşdırdılar, hamısı “Əl-Qaidə”nin və yaxud başqa terrorçu qruplaşmaların üzvüydülər. Qərbin təpədən dırnağa qədər silahlandırdığı bu adamlar bizə hərfi mənada sıradakını dedilər: “Bu ölkə indi bizə məxsudur””.

Keşişdən müsahibə götürmüş jurnalist ona təzyiq edib: “Siz deyirsiniz ki, Suriya ordusu mülki əhalini müdafiə edir, lakin Əsəd qüvvələrinin həyata keçirdiyi hərbi cinayətlər, məsələn, kasset bombaların işlədilməsi  haqda çeşid-çeşid məruzələr var”.

Maes atanın cavabı şübhə üçün şans qoymur: “Doğrudanmı anlamırsınız ki, Suriya müharibəsinin işıqlandırılması zəmanəmizin ən böyük yalanıdır? Onlar hətta Əsəd haqqında sərsəmləmə satıblar. Fikirləşirsiniz ki, suriyalılar səfeh xalqdır? Əhali məcbur edildiyinə görə Əsəd və Putin uğrunda çıxış edir? Bütün bunlara görə amerikalılar məsuliyyət daşıyırlar, onlar Səudiyyə ƏrəbistanıQətərdə təbii ehtiyatları ələ keçirmək istəyir ki, diniz azadlıqdan məhrum olacaq sünni Suriyası yaratsınlar”.

O, jurnalistə müraciətən qeyd edib: “Bilirsiniz, Suriya ordusu Hələbdə döyüşə hazırlaşarkən bəzi müsəlman əsgərlər xeyir-dua üçün yanıma gəlmişdilər. Müsəlmanlarla xristianlar arasında heç vaxt problem olmayıb. Qətlləri Qərbdən dəstək alan islamçı radikallar həyata keçirir, hamısı İŞİD-ə mənsubdur. Onların içində heç bir “mötədil üsyançı” yoxdur”.

KİV-lərin “dizüstə” hazırladığı manipulyasiyaların müntəzəm sübutlarını qəbul etməsəydik, bütün bunlar diktatora satılmış qoca keşişin sayıqlaması kimi görünə bilər. Sonuncusu bir neçə gün qabaq meydana çıxıb: rejimin Sayəd həbsxanasında 2011-2014-cü illərdə 5 mindən 13 minədək vətəndaşı edam etdiyi ehtimal olunan kütləvi edamdan xəbər verilir.

Məruzə mövcud olmayan dəlillər, Əsədə qarşı duran və Qərb və Səudiyyə Ərəbistanı xüsusi xidmətlərinin maliyyələşdirdiyi təşkilatlardan adamların anonim ifadələri əsasında qurulub. Lakin Amnesty International-in dərc etdiyi bu məruzə Qərb KİV-lərində “danılmaz sübut” olub.

Bəs bu müharibədə Tanrı haradadır?

Bu, Suriyadakı xristianın manipulyasiyanın hopduğu şüurumuz üçün namünasib həqiqəti nağıl etdiyi birinci hadisə deyil. Maes ata yaşadığımız dövrün mənasını anlamaqda bizə yardım edir. Bütün Qərbə yayılmış saxtakarlıq və yaxud yalan pərdəsi dünya və yaxud ən azı, dünya haqda anlayış saydığmız barədə təsəvvürümüzü tez-tez pozur. Muzdlu cihadçılar ordusu şəhəri işğal edəndə xristian və müsəlmanları müdafiə etməkdən ötrü Karedə qalan belçikalı bu qoca keşiş inanılmaz itaətlə demokratiya deyilənin manipulyasiyaları üzərindən pərdəni qovzayır (amma çoxları buna inanmaqdan imtina edir).

Mən bir əvvəl dərc edilmiş və onun müsəlman və xristianlar üçün görüş, ümid və dostluq günlərindən bəhs etdiyi köhnə mətni tapdım. Hansısa bir anda müsəlman ona yaxınlaşıb soruşub: “Müqəddəs ata, bəs bu müharibədə Tanrı haradadır?” O, cavab verib: “Xeyirxah iradəli insanlarda”.

Və siz nə düşünürsünüz-düşünün, Maes ata bu cür adamlardan biridir.
(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar