Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Suriya ailəmin mülkiyyəti deyil” iddialı prezidentin varisi – Təhlil


Yadınızdadırsa, bir ara Bəşər Əsədin ictimai baxışdan çıxması, üzbəsurət görünməməyi çeşidli ehtimallar doğurdu


 İstər Suriya müxalifəti, istərsə də qonşu ərəb ölkələrinin bədgüman mediasında məzmunca bir-birinə oxşar fərziyyələr dolaşdı – Dəməşq başsız qalıb.

Hətta ciddi nəşr sayılan “Al-Arabia” da B.Əsədin xanımı ilə birlikdə son görüntüsünün uzaq tarixinə istinadla tezliklə Suriya prezidentinin “qara xəbər”ınin gələcəyini iddia edirdi.

Suriya prezidenti barədə nələr söylənirdi?

Təkrar biliyin anasıdır: məsələn, deyilirdi ki, Suriyanın dövlət başçısı insult keçirib; onun beynindəki şişdən əziyyət çəkdiyi barədə də məlumat yayılmışdı.

Digər mənbələr iranlı cangüdəni Mehdi Yaqubinin prezidenti başından vurularaq öldürülməsini nəql edirdi.

Bir müddət Suriya hökuməti bu iddiaları inkar etmək məcburiyyətində qaldı. Nəhayət, yanvarın 30-da SANA dövlət xəbər agentliyi Bəşər Əsədin Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı barədə məlumat yaydı. Daha sonra elə həmin rəsmi internet resursunda prezidentin sahibkarlarla keçirdiyi görüşün mətni və görüntüsü yerləşdirildi.

B.Əsədi son görənlər – rusiyalı deputatlardır. Dövlət Dumasının kommunist üzvü Aleksandr Yuşşenko “Əsədin sağlamlıq problemi yoxdur, kefi də kökdür”, – deyib.

Bununla belə, rejimin əleyhdarları olan mənbələr hələ də B.Əsədin ciddi təhdidlə qarşılaşdığı rəyindədir. Onların iddiasına əsasən, ölkənin ələvi azlığı prezidentin qardaşı Mahir Əsədi iqtidara gətirmək niyyətindədir və buna xeyir-dua verən rəsmi Tehrandır.

Yetərincə qərbpərəst, İraqda yerləşsə də, qonşu İranın əleyhdarı olan “Baghdad Post” nəşri də bu mövzudan kənarda qalmayaraq xəbər verir ki, ötən ay rejimin nəzarətində olan şəhərlərdə Mahir Əsədin posterləri ilə nümayişlər keçirilib. Latakiya və Tartus şəhərlərində hərbçilər və polis M.Əsədə rəğbət bəsləyən xeyli adamı həbs edib.

Nəşrin iddiasına görə, Respublika Qvardiyasının və 4-cü tank diviziyasının komandiri general Mahir Əsədin iqtidara gətirələcəyi barədə xəbərlər yayılandan bəri Suriyanın müxtəlif yaşayış məntəqələrində Rusiya hərbi polisi gücləndirilib. Təhlükəsizlik məqsədi ilə Xmeymin hərbi bazasının komandanı da dislokasiya yerindən Dəməşqdəki Rusiya səfirliyinə köçüb.

Doğruluğu müəyyən şübhə yaratsa da, Suriyadakı mənbələr Mahir Əsədin son aylarda səfərlərdən çəkindiyini iddia edir. Döyüşən generalın son dəfə hansı xarici ölkəyə baş vurması bilinmir. Amma iddia olunur ki, o, İranRusiyadan gələn dəvətlərə məhəl qoymur və sui-qəsd cəhdlərindən ehtiyatlandığı üçün hətta rəsmi Tehranın nümayəndələri ilə də öz qərargahında görüşür.

“Baghdad Post”un mənbəyi iddia edir ki, Türkiyə kəşfiyyatı bir neçə dəfə Mahir Əsədə qarşı qəsdlər təşkil edib. Çünki prezidentlə Suriya ordusu arasında əsas əlaqələndirici şəxs məhz odur.

Başqa sözlə, Mahir Əsəd ölkənin ikinci şəxsi və qardaşı qədər, bəlkə də daha nüfuzlu və güclü mövqeyə malik simadır.

1967-ci il təvəllüdlü Mahir Əsəd universitet məzunu olduqdan sonra böyük qardaşı Bassel kimi hərbi karyeraya qədəm qoyub. Bassel 1994-cü ildə avtomobil qəzasında vəfat edəndə, artıq M.Əsəd atası Hafizin mümkün varisi kimi nəzərdən keçirilib. Çünki Bəşərin hərbi təcrübəsi və siyasi ehtirası yox idi. Amma müəmmalı səbəblərdən xasiyyətcə tezalışan və əsəbi adam kimi səciyyələndirilən Mahir qardaşının xeyrinə siyasi iddialarından əl çəkib.

2011-ci ildə Suriyada qiyamın başlaması və 2012-ci ilin iyulunda Suriya müdafiə naziri və yüksək rütbəli təhlükəsizlik işçilərinə qarşı sui-qəsd sonrası M.Əsədin siyasi çəkisi artıb. Lakin onun adının məhz indilərdə daha çox hallanması təsadüf, məkrli “fake news”, yəni qəlp xəbər və ya rejim içində çaxnaşma və hər kəsin hamıdan şübhələnməsi mühiti yaratma cəhdidir?

Bəşər Əsəd belçikalı jurnalistlərə verdiyi son müsahibəsində deyib: “Əlbəttə, Suriya ailəmin mülkiyyəti deyil… Suriya suriyalılara məxsusdur və onların hər biri bu vəzifəyə iddialı olmaq hüququna malikdir”.

O bununla nəyəsə, yaxud kiməsə eyham vurur?

Yarızarafat-yarıgerçək, Suriya böhranından və bu sahədəki siyasi oyunçulardan danışarkən, nədənsə yada həmişə rus matryoşkası düşür. Bu hədiyyə-oyuncağı ilə tanınan dövlətin davranışları hazırda yalnız bir şeyi deyir: “bu bölgədə siyasi alveri yalnız ABŞ-la və yalnız öz maraqlarının təmin olunması şərtilə aparmaq istəyirəm”. Buna görə də Astana prosesinə ABŞ-ı dəvətetmə təklifindən (İran “Biz onlara dəvət göndərməmişik” deyə bunun əleyhinə çıxırdı) tutmuş əl-Babda türk əsgərlərinin bombalanmasına qədər – “PKK və PYD terrorçu təşkilatlar deyil” açıqlamasının ardınca – Kreml həm Tehrana, həm də Ankaraya işarə vurur ki, Suriyadakı tərəfdaşlıq müvəqqətidir.

Şekspirin “Kral Lir” faciəsində bir misra var: “Özünə şüşə gözlər al və özünü yaramaz siyasətçi kimi apar…“

Suriyada, eləcə də Yaxın Şərqdə Rusiyanın öz oyununu oynamaq istəyinə rəsmi Tehranın şüşə gözlərlə baxacağını düşünmək sadəlövhlük olardı. Belə olan halda, İran Əsəd ailəsinin bir üzvünü digəri niyə də dəyişməsin? Hətta o, tezalışan və əsəbidirsə belə…

Rusiyanın bu davranışına Bəşər Əsədin susqunluğunun sadə izahı var. O, tək və etibarlı arxası olmayan liderdir. Lap krallığını qızları arasında bölən və sonradan özünə iqamətgah tapmayan kral Lir kimi. (strateq.az)

Əziz Rzazadə

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar