Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Süni müxalifət yaratmaq olmaz” - Siyavuş Novruzov


“Müsavat Partiyasına nə əqidə, nə ideya baxımdan inam qalıb. Onlar tam deqradasiyaya uğrayıblar”


PİA.AZ bunu Modern.az saytına Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. 

O bildirib ki, Müsavat, ümumilikdə digər müxalifət partiyaları da fəaliyyətləri dövründə cəmiyyət üçün maraqlı olan hər hansı bir ideya ortaya qoymadığı üçün zəifləyiblər:

Azərbaycan iqtidarı və hökuməti xalqın problemlərinin həll olunması, ölkənin iqtisadi inkişafı, ölkədə ictimai-siyasi sabitliyin yaranması, sosial problemlərin həll olunması, abadlıq və quruculuq işlərinin aparılması, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə məşğul olur. Demək olar ki, ortaya çıxan problemlər operativ şəkildə həll olunur. Bu səbəbdən cəmiyyətin digər bir qüvvəyə ehtiyacı qalmır. Təbii ki, o baxımdan da partiyaların fəaliyyəti getdikcə zəifləməlidir.

Müsavat daxilində islahatlar aparılmayıb, partiyada daxili demokratiya yoxdur, söz, fikir azadlığına qarşı isə çox kəskin mövqe bildirilir. Hətta üzvlər partiya sıralarından xaric olunur. Eyni zamanda, partiyada saxta seçkilər keçirilir. Bunun nəticəsi olaraq da həmin partiyanın üzvləri bəyanatlar verib istefa edirlər. Rayon təşkilatları isə bütövlükdə istefa verib partiya sıralarında çıxırlar. Artıq Müsavat Partiyasına nə əqidə, nə ideya baxımdan inam qalıb. Onlar tam deqradasiyaya uğrayıblar. Belə ki, partiya rəhbərliyində struktur dəyişikliyi, kadrların hazırlanması, seçkilərdə iştirak, onların önə çəkilməsi əvəzinə, əksinə onları qanuna zidd hərəkətlərə yönədirlər. Köhnədən qalan insanların düşünəsi elə köhnədir”.

Siyavuş Novruzovun fikrincə, süni şəkildə müxalifət yaratmaq olmaz:

Azərbaycan cəmiyyətində hökumət ilə müsbət ünsiyyətdə olan kifayət qədər müxalif partiyalar var. Hazırda parlamentdə təmsil olunan həmin partiyalar müxtəlif fikirləri, rəyləri, obyektiv tənqidləri, o cümlədən alternativ layihələr irəli sürürlər. Bunun əsasında da müzakirələr aparılır. Görüşdə iştirak etməyən partiyaların perspektivi yoxdur. Hətta həmin partiyaların özlərini belə görüşdə görmək istəməyən kifayət qədər partiyalar var.

İqtidarla ünsiyyətdə olan partiyalar özlərinin əhatəsində kifayət qədər sosial baza toplaya biliblər. Amma digər partiyalar 20-30 ildən qalmış eyni işlər görürlər, eyni fəaliyyət formasında hərəkət edirlər. Ona görə də partiyada heç kim üzvlükdə qalmır. Ən əsası isə gənclər partiyada heç bir perspektiv görmədikləri, onlara meydan verilmədiyi üçün ora üz tutmurlar. Həmin partiyalar gəncləri, ancaq kütləvi aksiyalara, polisə qarşı, vətəndaşların əmlaklarına qarşı zorakılığa səsləyirlər. Nəticə etibarı ilə də gənclər törətdikləri cinayətlərə görə cəza çəkməyə məhkum olurlar. O baxımdan da gənclər görürlər ki, partiyada heç bir perspektiv mövqe yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar