Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 4-cü tura yekun vurulub
Apasport.az saytının məlumatına görə, son oyun günündə “Sumqayıt” “Neftçi” ilə qarşılaşıb.
Görüş “kimyaçılar”ın minimalhesablı qələbəsi ilə başa çatıb.
Müşviq Rzayev 60-cı dəqiqədə fərqlənib. Bu iki klubun əsas komandaları arasında ötən gün keçirilən matçında da meydan sahibləri qələbə qazanmışdılar – 1:0.
Qeyd edək ki, turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Səbail” - “Qarabağ” 2:0, “İnter” - “Kəpəz” 2:2, “Qəbələ” - “Zirə” 1:0.
Əvəzedicilərin çempionatı
4-cü tur
11 sentyabr
“Sumqayıt” - “Neftçi” – 1:0
pia.az