Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir”

Azərbaycan məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni formasına keçidlə bağlı müəyyən işlər görülür


PİA.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi şagirdlərin qiymətləndirilməsi prosesini icra edən dövlət qurumudur: "Hazırda bununla bağlı müəyyən təkliflər hazırlanıb. Yeni təkliflərə əsasən, dərs prosesində formativ qiymətləndirməyə daha çox yer veriləcək. Çünki formativ qiymətləndirmə şagirdlə müəllim, eyni zamanda, valideyn arasında əsas informasiya mənbəyidir".

Nazirlik rəsmisi xatırladıb ki, summativ qiymətləndirmədə şagirdə, sadəcə, qiymət yazılırsa, formativ qiymətləndirmədə şagirdin müxtəlif mövzular üzrə irəliləyiş və geriləmələri izahlı olaraq qeyd olunur:

"Bu gün də məktəblərdə formativ qiymətləndirilmə prosesinin həyata keçirildiyinə baxmayaraq, bu istiqamətdə müvafiq təkmilləşmələrin aparılmasına ehtiyac var. Eyni zamanda, düşünürük ki, aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir".

Şöbə müdiri qeyd edib ki, digər təklif qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsidir: "Məsələn, inşa yazanda neçə səhvə görə 4 və ya 5 qiymətinin verilməsinin meyarları olmalıdır. Müəllim məhz qəbul olunmuş meyarlar çərçivəsində qiymətləndirməni aparmalıdır. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçiriləndən sonra məzunların yazı bacarıqları təkmilləşəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar