Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülh korpusu” Azərbaycandan niyə qovuldu?

Mehman Əliyev: “Bu proqram kəşfiyyat işi aparmayıb, siyasi təbliğatla məşğul olmayıb”


Azərbaycan hökuməti Amerikanın “Sülh korpusu” proqramı ilə əməkdaşlıq proqramını dayandırıb. Hakimiyyət ilin əvvəlində “Sülh korpusu”nun Azərbaycanda işləyən onlarla əməkdaşından ölkəni tərk etməyi istəyib.

“Sülh korpusu” ABŞ vətəndaşlarının başqa ölkələrdə pulsuz ingilis dili tədrisi proqramıdır. Bu proqramla Azərbaycan arasında əməkdaşlıq razılaşmasının müddəti ötən ilin oktyabrında bitib və hakimiyyət əməkdaşlığı uzatmayacağını bildirib.

Hələ ki, rəsmi Bakı bununla bağlı izahat vermir. Eyni zamanda Amerikadan yeni könüllüləri də qəbul etməkdən imtina edir. “Sülh korpusu”nun rəhbərliyi və ABŞ-ın Bakıdakı səfirliyi son bir neçə ayda bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə intensiv təmaslarda olublar. Lakin heç bir müsbət nəticə əldə edilməyib.

“Sülh korpusu” proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir və bu proqram çərçivəsində 500-dən çox amerikalı könüllü Azərbaycanda olub. Könüllülər əsasən kənd yerlərində məskunlaşıb və ingilis dili öyrədib. Hazırda “Sülh korpusu”nun 108 könüllüsü Azərbaycanda qalmaqdadır. Bundan əvvəl Türkmənistan, Qazaxıstan və Özbəkistan da “Sülh korpusu” könüllülərini ölkədən çıxarıb.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin fikrincə, korpusun bağlanması ABŞ-la hakimiyyət arasında münasibətlərdə ciddi konflikt yaratmayacaq.

M.Əliyevin sözlərinə görə, korpusun Azərbaycan əleyhinə, onun maraqlarına ziddi fəaliyyəti olmayıb, hər hansı işçisinin adı təbliğatda hallanmayıb. M.Əliyev hesab edir ki, ilbəil yardımlar azalır və yalnız kasıb ölkələrə pulsuz təhsil proqramları göndərilir:

“Burada konflikt yaranacağını görmürəm. Azərbaycanda bir yandan nurçular, bir tərəfdən vəhhabilər məsələsi üzə çıxır. Hakimiyyət demək istəyir ki, heç kəsə fərq qoymuram, öz maraqlarım var və mövqeyim hamıya eynidir, heç kəsə qarşı xüsusi münasibətim yoxdur.
İndi bunu hansı tərəf necə başa düşür, başqa məsələdir. Mənim məlumatım ondan ibarətdir ki, “Sülh korpusu”nun bağlanmasında tərəflər razıdır, Amerika bu qərara görə Azərbaycana irad bildirməyib. Sadəcə, nə Amerika, nə İran istəyir hər hansı təşkilat güclənsin”.

M.Əliyevin dediyinə görə, “Sülh korpusu” kəşfiyyat işi aparmayıb, siyasi təbliğatla məşğul olmayıb: Onlar dil öyrədirlər. Azərbaycan öz maraqlarını yeridir. Göstərmək istəyir ki, heç bir qrupun üzvü deyil. Əvvəllər regionlarda ehtiyac var idi.

“Sülh korpusu”n işinə indi nə dərəcədə ehtiyac var bilmirəm. Bu cür proqramlar daha kasıb ölkələrdə fəaliyyət göstərir. “Sülh korpusu”nun təhsil ocaqları yoxdur. Məktəblərdə dərs deyirlər. Burada söhbət təhsil maraqlarından söhbət gedir”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar