Bu gün səhərdən etibarən “Space 104 FM” radiosunun yayımı dayandırılıb
PİA.AZ-ın ölkə.az-a istinadən məlumatına görə, bu barədə Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.
Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:
“Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”.
pia.az