Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Söyüş və təhqir Avropa ölkələrinin də qanunlarında yol verilmir”


Deputatdan və hüquq müdafiəçisindən çağırış; “Söyüş və təhqirə Avropa ölkələrinin də qanunlarında yol verilmir, yaşadıqları ölkələrin qanunlarına əməl etsinlər”


Azərbaycanda növbədənkənar prezident seçkisi təyin edildikdən sonra Avropanın bir sıra ölkələrində, xüsusən Hollandiya, Almaniya, Fransa kimi ölkələrdə yaşayan bəzi azərbaycanlı mühacirlər söyüş, təhqirlərlə dolu flaşmoblar keçirirlər. 

Demək olar hər gün təkrarlanan aksiyalarda Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar irəli sürülür. Son günlər isə konkret şəxslərə qarşı açıq təhqirlərə yol verilir. Bu işdə Hollandiyada vətəndaşlıq aldığı deyilən azərbaycanlıların bir neçəsi xüsusilə aktivlik edirlər. 

Yaranmış vəziyyətlə bağlı “Yeni Müsavat”a danışan YAP-çı deputat Elman Nəsirov bildirdi ki, seçkilər ərəfəsi anti-Azərbaycan qüvvələrin və onların əlaltılarının aktivləşəcəyi barədə proqnozlar özünü təsdiqlədi: “Dəfələrlə şahidi olmuşuq ki, ölkəmizdə mühüm siyasi tədbirlər keçirilən ərəfədə, mühüm idman yarışları, mühüm iqtisadi tədbirlər keçirilən zaman anti-Azərbaycan qüvvələr əl-ayağa düşür və Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirilir. Bu baxımdan proqnozlar özünü doğrultdu ki, Azərbaycan mühüm siyasi hadisə-prezident seçkisi ərəfəsindədir və yenə də həmin anti-Azərbaycan qüvvələri ayağa qalxıblar və çeşid-çeşid təzyiq üsulları düşünüb tətbiq etmək istəyirlər. Bu dəfə Avropada yaşayan bəzi ”soydaşlar"ımızdan da faydalanmaq istəyirlər. Mən özüm Avropa ölkələrində dəfələrlə olmuşam, orada bizim çoxlu sayda qeyrətli, vətənpərvər azərbaycanlılarımız yaşayırlar, onlar Azərbaycanın milli maraqlarını müdafiə edirlər. Təəssüf ki, anti-Azərbaycan qüvvələrinin əlində alət olanlar da var. Onların sayı azdır və inanıram ki, vətənpərvər çoxsaylı azərbaycanlılar ilk növbədə onların cavabını həmin ölkələrdə hüquqi müstəvidə verəcəklər. Sapı özümüzdən olan baltalar seçki ərəfəsində özfaydalılıq əmsallarını nümayiş etdirmək istəyirlər. Onların arxasında ermənipərəst qüvvələr dayanır. Cənab prezident və onun fəaliyyəti ilə bağlı tənqidi deyil, təhqiri özündə ifadə eləyən ifadələr işlətməyə, davranışlar nümayiş etdirməyə başlayıblar. Bu, qəbuledilməz məsələdir. Onların cavabı qanun müstəvisində verilməlidir".

Deputat qeyd etdi ki, Azərbaycan demokratik ölkədir və burada sağlam tənqidə hər kəs normal yanaşır. Lakin sağlam tənqid əvəzinə təhqirə yol verilirsə, bu, qəbul edilən deyil: “Heç bir ölkənin qanunvericiliyi təhqirə icazə vermir və qanunlar təhqirə yol verənlərin cəzalandırılmasını nəzərdə tutur. Azərbaycan hüquqi dövlət quruculuğu ilə inkişaf edən dövlətdir. Biz hər şeyə hüquqi prizmadan yanaşırıq. Konstruktiv tənqidi dövlətimiz, dövlət başçımız hər zaman qəbul edib, loyal münasibət bəsləyib. Lakin tənqid yox, təhqirə keçiləndə, Azərbaycan dövlətini və onun başçısını təhqir etməyə başlayanda artıq bu məqamda ”stop" demək lazımdır. Ona görə də Azərbaycanın bu cür təhqiramiz aksiyaların keçirildiyi ölkələrdəki səfirliklərinə müvafiq hüquqi tədbirlər görülməsinə nail olmaq üçün təbii ki, tapşırıqlar verilir. Bu məsələlərin hüquqi müstəvidə tənzimlənməsi üçün müvafiq addımlar atılır. Xaricdə yaşayan hər bir azərbaycanlı da bu məsələdə seyrçi mövqedə dayanmamalıdır, öz vətəndaş mövqeyini ifadə etməlidir. Azərbaycan dövlətinin milli maraqlarına ziyan vuranlara öz sözlərini deməlidirlər".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bildirdi ki, bütün hədlər artıq aşılıb və tərbiyəsizlik göz önündədir: “Bu vəziyyətdən narahatçılıq keçiririk. Xaricdə yaşayan azərbaycanlı mühacirlər çox diqqətli olmalıdırlar. Son zamanlar bizi narahat edən problem budur ki, etirazı normal şəkildə ifadə etmək əvəzinə təhqirə keçiblər. Təhqirə haqq qazandırmaq olmaz. Etirazı dinc və qanun müstəvisində etmək hamının borcudur. Etiraz aksiyası adı altında kimsə kimsəni təhqir etməməlidir. Kimlərsə seçkidən, hakimiyyətin siyasətindən narazıdırsa, narazılığını sivil formada ifadə etməlidir. Narazılığı ölkə rəhbərliyini açıq şəkildə təhqir etməklə ortaya qoymaq heç bir hüquqa sığmır. Mən xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını bu məsələləri nəzərə almağa dəvət edirəm. Təhqirə yol vermək onu səsləndirənlərin, nümayiş etdirənlərin həm özünü, həm də bütövlükdə Azərbaycan xalqını həmin ölkələrdə hörmətdən salır. Heç olmasa bunu nəzərə alsınlar və etirazlarını sivil qaydada nümayiş etdirsinlər. Söyüş və təhqirə Avropa ölkələrinin də qanunlarında yol verilmir. Yaşadıqları ölkələrin qanunlarına əməl etsinlər. Etməsələr, günün birində özləri ciddi problemlərlə üz-üzə qala bilərlər.

Azərbaycan tərəfinə də müraciətimiz belədir ki, hər necə olur-olsun hüquqi yollarla mübarizədən kənara çıxılmasın. Azərbaycanın həmin Avropa dövlətlərində səfirlikləri, nümayəndəlikləri var. Onların vasitəsilə həmin ölkələrin müvafiq rəsmi qurumlarına müraciətlər edilə bilər. Mübarizəni həmin tərbiyəsizliyə yol verən adamların şəxsən özlərinə qarşı hüquqi qaydada aparmaq daha düzgündür, nəinki həmin adamların buradakı qohum-əqrəbasını günahkar hesab etməklə. Novella Cəfəroğlu və mən Daxili İşlər Nazirliyinə bu barədə müraciət etmişik". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar