Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Soyuq bir günün isti xatirəsi”


Zahid Sarıtorpağın “Soyuq bir günün isti xatirəsi” yazını təqdim edirik


Bu il Nüsrət Kəsəmənlinin – Azərbaycanın gözəl şairlərindən birinin 70 illiyidir.
 
Yadıma xatirələr düşür…
 
Şamaxıda 1987-cı ilin  çiskinli payız günlərindən biriydi. Hava çox soyuq idi. İşlədiyim rayon qəzeti redaksiyasından çıxıb, tələsə-tələsə harasa gedirdim. Qəfildən böyrümdə yaşıl rəngli bir "Jiquli" dayandı. Gözlərimə inanmadım:  Nüsrət Kəsəmənli idi. Görüşdük. "Otur" – dedi. Oturdum o məşhur maşına. Ona görə məşhur deyirəm ki, həyatda hər şeyə görə paxıllığını çəkən bir şairə Nüsrət Kəsəmənli yazdığı şeirdə deyirdi:
 
Maşınımın rəngi yaşıldı deyə,
Yaşıl çəmənə də baxa bilmirsən...
 
Hə, xəzəl basmış küçələrdən keçib şəhərin ucqarında tanış bir kafeyə girdik. Orada xeyli oturduq, Moskva görüşlərimizi xatırladıq.
 
Nüsrət Kəsəmənli Moskvaya tez-tez gələrdi. Tələbə vaxtlarım idi. Orada, Tahir Aslanlının evində üçlükdə çox olmuşduq. Bir dəfə maqnitofona bir şeiri necə yazdığımızı yada saldıq. Tahir Aslanlının küləkli bir gündə dəmir yol vağzalında yalqız bir insanın yaşantılarını əks etdirən şeirini Nüsrət bariton səsiylə oxudu, mətnə uyğun olaraq, mən çovğunlu küləyin vıyıltısını səsləndirdim, Tahir qatar təkərlərinin taqqıltısını. Çox qəribə və çox da təbii bir kompozisiya alındı. Heç bilmirəm o lent yazısı rəhmətlik Tahir Aslanlının arxivində qalır, yoxsa yox…

O gün Nüsrətlə xeyli söhbət elədik. Mən ədəbi mühitin maraqla qarşıladığı yeni imza yiyəsi, o isə artıq məşhur bir şair idi. Geri qayıdanda şər qarışmışdı. Xatırlaya bilmirəm, nədən ötrüsə Şamaxıdakı mərkəzi kitabxanaya baş çəkəsi olduq. Kitabxananın qarşısında bizim bu foto-şəklimizi çəkdilər.
 
Bu yaxınlarda əlimə keçən bu şəkil içimdə gözəl şairimizlə bağlı xoş xatirələr oyatdı. Təbii ki, uzaq və unudulmaz bir günün xatirəsi kimi hisslərimi bölüşmək istədim oxucularla.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar