Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sovetski”dən köçürmə 6 mərhələdən ibarət olacaq


Köçmək üçün müraciət edən ailələrin sayı 700-ə çatıb


Bakının “Sovetski” məhəlləsində köçürmə işləri 6 mərhələdən ibarət olacaq”.

Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Yasamal rayonunda  2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasda söyləyib.

İ. Mehdiyev bildirib ki, köçürülmə işlərinə bu ilin əvvəlindən başlanılıb. Onun sözlərinə görə, ilk mərhələlərdə söküntü ərazisinə düşən 2830 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, görülmüş müvafiq tədbirlər nəticəsində mövcud gərginlik aradan qaldırılıb. Köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

İ. Mehdiyev ötən dövr ərzində Yasamal Rayon İcra Hakimiyyətinə öz evlərini müəyyən edilən şərtlərlə satmaq istəyən ailələrdən artıq 697 razılıq ərizəsi daxil olduğunu, müraciətlərin sayının artmaqda olduğunu nəzərə çatdırıb. Artıq komissiyaya dəvət olunmuş 543 mənzilin sahibləri ilə razılaşma protokolları imzalanıb, onlardan 240 əmlak sahibi ilə müvafiq qaydada alqı-satqı aparılıb, bu şəxslər öz vəsaitlərini bank hesabından götürüblər. İndiyə qədər sakinləri köçmüş 41 mənzil sökülüb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı söküntü ərazisində 160-dan çox mədəniyyət abidəsi olduğunu açıqlayıb.

Söküntü ərazisinə düşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı, həmin abidələrin foto şəkillərdən ibarət albomu, abidələrin yerləşmə xəritəsi tərtib edilib və bu məlumatlar baş nazirin müavini Abid Şərifova və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.(apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar